Dieqo Demme () — Almaniyalı peşəkar futbolçu. Herta klubunun və Almaniya milli futbol komandasının müdafiəçisi.
Həyatı Almaniyanın Herford şəhərində anadan olan Demme italyan əsillidir. Onun atası italyan və anası isə almandır. Demmenin atası Dieqo Maradonanın böyük pərəstişkarı olduğu üçun oğluna onun adını qoyub. Amma Dieqo Demmanın uşaqlıqdan ən çox sevdiyi futbolçu Cennaro Qattuzodur. İtalyan atasına görə onun İtaliya pasportu var.
Karyerası Demme karyerasına Hiddenhauzendəki uşaq futbol məktəbində başlayıb. Gələcəkdə o, 2004-cü ildə "Arminia Bielefeld" klubunun futbol akademiyasına keçənə qədər daha bir neçə futbol bölməsini dəyişdi.
4 dekabr 2010-cu ildə Dieqo peşəkar səviyyədə ilk matçını ikinci Bundesliqada "Greuther" klubuna qarşı keçirdir. Ancaq sonrakı oyunlarda Demmeyə az oyun vaxtı ayrılır və növbəti mövsümdə komandada rotasiya oyunçusu kimi qalır. 2012-ci ilin qış transfer pəncərəsində o, "Paderborn 07" klubuna transfer edilir.
7 yanvar 2014-cü ildə Demmenin Almaniya üçuncu Liqa təmsilçisi "RB Leyspiq" ilə 2018-ci ilə qədər müqavilə imzaladığı açıqlanır. Demmenin bu transferi 350 min avroya başa gəlir. Demme "Leyspiq"in heyətində oynadığı müddətdə 214 oyunda meydana çıxır və 2 qol vurur.
11 yanvar 2020-ci ildə "RB Leyspiq", Demmenin İtaliya A Seriyası klubu "Napoli" ilə razılaşdığını açıqlayır.
6 iyul 2024-cü ildə Demme ALmaniyanın ikinci Bundesliqasında mübarizə aparan Herta klubu ilə iki illik müqavilə imzalayır.
Karyera statistikası
+Klub, mövsüm və yarışa görə oyun və qol sayıKlubMövsümLiqaKubokAvropaDigərToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolArminia Bielefeld II2010–11Almaniya Qərb Regional Liqası170———170Arminia Bielefeld2010–112-ci Bundesliqa10000——1002011–12Almaniya 3-cü liqası10010——110Toplam20010——210SC Paderborn2011–122-ci Bundesliqa12010——1302012–132-ci Bundesliqa29020——3102013–142-ci Bundesliqa17000——170Toplam58030——610Leyspiq2013–14Almaniya 3-cü liqası16000——1602014–152-ci Bundesliqa30030——3302015–162-ci Bundesliqa28000——2802016–17Bundesliqa32110——3312017–18Bundesliqa30010100—4102018–19Bundesliqa2605080—3902019–20Bundesliqa1702051—241Toplam1791120231—2142Napoli2019–20A Seriyası1515020—2212020–21A Seriyası2424061103532021–22A Seriyası1911050—2512022–23A Seriyası300000—30Toplam61410013110855Karyerasında toplam3355260362103987
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Almaniya milli futbol komandasının oyunçuları Kateqoriya:RB Leypsiq FK futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Herta FK futbolçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri