İtalyan irredentizmi () — XIX əsrin sonları və XX əsrin əvvəllərində müasir İtaliya ərazisində mövcud olmuş millətçilik. Bu millətçiliyin hədəfi yerli əhalinin italyan olduğu və ya italyandilli hesab edildiyi coğrafi əraziləri bir siyasi qurumun rəhbərliyi altında birləşdirmək olmuşdur. Bu ərazilərə italyanların əhəmiyyətli etnik azlığı təşkil etdiyi yerlər də daxil edilmişdir.

Başlanğıcda hərəkat yerli əhalinni italyan olmasına baxmayaraq, 1866-cı ildə başladılan III İtalyan İstiqlaliyyət müharibəsindən sonra Avstriya imperiyasının hakimiyyəti altında qalan ərazilərin İtaliyaya birləşdirilməsinə çalışırdı. Buraya Trentino ilə birlikdə, italyanlarla birlikdə bir çox digər dildə danışan etnosların da yaşadığı bölgələr daxil idi. Misal olaraq Cənubi Tirolu, Triesti, İstriyanın bir hissəsini, Qoriziyanı, Qradiskanı və Dalmatiyanın bir hissəsini göstərmək olar. Buraya həmçinin Riyeka (Fiume), Korsika, Malta adası, Nitsa qraflığı və İtalyan İsveçrəsi də daxil idi. Ümumilikdə bu ərazilərdə italyanlardan başqa almanlar, ladinlər, istro-romanlar, xorvatlar, slovenlər də yaşamaqda idi.

1860-cı illərdəki Risorcimento zamanı Sardiniya krallığının baş naziri və Kavur qrafı Kamillo Benso Fransa imperatoru III Napoleonun fikirləri ilə hesablaşmağa məcbur oldu. III Napoleonun İtaliyanın birləşdirilməsini hərbi cəhətdən dəstəkləyəcəyini, lakin bunun qarşılığında Sardiniya krallığımım nəzarət etdiyi Nitsa və Savoyyanın Fransaya verilməsini istəyirdi. Fransızlıarın düşüncəsinə görə, onlar üçün əhəmiyyətli hesab edilən Alp dağları keçidlərini güclü bir dövlət əlində tutmamalı idi. Nəticə olaraq, İtaliya Nitsa və Savoyyanı fransızlara vermək şərti qarşılığında onların da İtaliyanın birləşdirilməsi üçün ordu göndərməsi şərtini qəbul etməsi üçün təzyiqə məruz qaldı.

Məqalədə qarışıqlıq və mübahisələr olmaması üçün bəhs edilən coğrafi obyektlər barədə müasir ingiliscədə istifadə edilən adlardan istifadə edilmişdir. Hər bir halda,əksər yerlərin alternativ olaraq italyanca da adları vardır. Xüsusiyyətlər İtalyan irredentizmi rəsmi təşkilat deyildi. O, daha çox qənaət hərəkatı idi. Beləki İtaliyanın "təbii sərhədlərinə" çatmasını və ya italyanlar tərəfindən məskunlaşdırılan bölgələrin ona birləşdirilməsini tələb edən müxtəlif qrup və şəxslərin toplamından formalaşırdı. Bu xüsusiyyətlərə malik hərəkatlar o zaman Avropada xeyli sayda idi və bu cür hərəkatlar ümumilikdə italyancadan gələn irredentizm sözü ilə tərif edilmişdir. Bu Italia irredenta ideyası Risorgimento ilə, irredentizmə səbəb olan tarixi hadisələrlə, nə də millətçilik və ya İmperator İtaliyası ilə, ideyanı faşizm altında daha da irəli aparan siyasi fəlsəfə ilə qarışdırılmamalıdır.

XIX əsr ərzində italyan irredentizmi italyan dilinin digər dillər qarşısında müdafiəsi ilə formalaşmağa başlamışdı. Məsələn, irredentistlər İsveçrədə, Avstriya-Macarıstan imperiyasında alman dili qarşısında, Nitsa və Korsikada da fransızca qarşısında italyancanı müdafiə edirdilər.

Çox güman ki, italyan irredentizmi İtaliyanın I Dünya müharibəsinə daxil olmasında və 1919-cu il Versal müqaviləsi ilə də bu istəklərinin çox hissəsini təmin etməsində mühüm rol oynamışdır.

İtalyan irredentizmi ilkin başlaşlarda daha mötədil idi və yalnız italyanların əksəriyyəti təşkil etdiyi yerlərin İtaliyaya birləşdirilməsini tələb edirdi. Lakin Birinci Dünya müharibəsindən sonra onun mahiyyəti dəyişdi. Bundan sonra irredentistlər italyanların azlıqda olduğu, hətta keçmişdə nə zamanda var olduqları bölgələrin belə İtaliyaya birləşdirilməsi gərəkdiyini müdafiə etməyə başladılar. Belə iddialardan ilki Trentoya, daha sonra isə İon adalarına, Savoyyaya və Maltaya edildi.

Kökləri Korsikalı inqilabçı Paskal Paoli Nikkolò Tommaseo tərəfindən "italyan irredentizminin öncüsü" hesab edilir. Çünki o, italyan dilinin və italyan irredentizmi üçün əsas hesab edilən italyan sosio-kültürünü qabartmış, italyan dilinin yeni yaradılmış Korsika Respublikası üçün rəsmi dil olmasını istəmişdir. Paskal Paoli 1768-ci ildə fransız işğalçıya qarşı demişdir:

Biz anadan gəlmə və hissiyyat olaraq korsikalıyıq, lakin hər şeydən əvvəl biz dil, kök, adət-ənənə olaraq özümüzü italyan hiss edirik və italyanların hamısı tarix və Allah qarşısında qardaşdırlar və birdirlər...Korsikalılar kimi biz nə qul, nə də “üsyançı” olmaq istəmirik və italyanlar kimi digər italyan qardaşlarla bərabər davranmaq hüququmuz var...Ya biz azad olacağıq, ya da yox olacağıq...Ya biz qalib olacağıq, ya da (fransızlara qarşı) əldə silah öləcəyik...Allahın adının müqəddəs və haqq olduğu kimi Fransaya qarşı müharibədə haqq və müqəddəsdir və burada bizim dağlarımız İtaliya üçün azadlıq günəşi kimi doğacaqdır. — Pasquale Paoli

Paolinin yazdığı Korsika konstitusiyası (1755) italyan dilində yazılmışdı və onun 1765-ci ildə Korte şəhərindəəsasını qoyduğu qisamüddətli universitetdə də təhsil dili italyanca idi.

İtaliyanın birləşdirilməsindən və 1866-cı ildə baş tutumuş III İtalyan İstiqlaliyyət müharibəsindən sonra hələ də İtaliya krallığı ilə sərhəddə xeyli italyanın yaşadığı, lakin başqa dövlətə tabe olan ərazilər mövcud idi. İrredentistlər bütün bu torpaqların yeni yaradılmış italyan krallığına birləşdirilməsini tələb edirdilər. Belə hədəf olaraq seçilmiş ərazilər Korsika, Qoriziya, İstriya, Nitsa qraflığı, Tikino, Qrisonların kiçik bir hissəsi, Valais, Trentino, Trieste və Fiume idi.

Bu mərhələdə müxtəlif hərəkatlar və təşkilat yaradıldı. 1877-ci ildə italyan siyasətçi Matteo Renato İmbriani irredente ("geri alınmamış torpaqlar") terminini kəşf etdi. Eyni ildə Associazione in pro dell'Italia Irredenta ("Geri Alınmamış İtaliya Uğrunda Assosiasiyası") təşkilatı yaradıldı, 1855-ci ildə Pro Patria hərəkatı ("Ana Vətən Uğrunda") və 1891-ci ildə Lega Nazionale Italiana ("İtalyan Milli Liqası") təşkilatının Trento və Triestedə (o zaman Avstriya-Macarıstan imperiyasının bir hissəsi) əsası qoyuldu.

Başlanğıcda, hərəkat Avropadakı digər millət-qurucu milli hərəkatların bir tərkib hissəsi kimi təsvir edilirdi. Bu dövrdə çoxmillətli Avstriya-Macarıstan imperiyası, Rusiya imperiyası və Osmanlı imperiyası hissə-hissə millət-dövlətlərlə əvəz edilirdi. İtalyan millət-qurucu hərəkatı Almaniyadakı (Großdeutschland), Macarıstandakı, Serbiyadakı və 1914 önəsi Polşadakı hərəkatlarla oxşarlıq təşkil edirdi.

Eyni zamanda, Eyni zamanda, 19-cu əsr Avropasının bir çox yerində liberalizm və millətçilik siyasi mədəniyyətin ön sıralarına çıxan ideologiyalar idi. Habsburq İmperiyasının uzun müddət müxtəlif etnik və mədəni qruplar üzərində nəzarəti təsdiqlədiyi Şərqi Avropada millətçilik standart formatda meydana çıxırdı. XIX əsrin əvvəllərində 19-cu əsrin əvvəlləri "imperiyanın daha kiçik, əsasən yerli xalqları - çexlər, slovaklar, slovenlər, xorvatlar, serblər, ukraynalılar, rumınların öz tarixi ənənələrini xatırladıqları, doğma dillərini ədəbi dil kimi dirçəltdikləri, öz dillərini, ənənələrini, folklorlarını yenidən mənimsədikləri, qısası özlərinin millət kimi mövcudiyyətlərini irəli sürdükləri dövr idi.

XIX və XX əsrin birinci yarısı XIX əsrin bütün bölgələrdə yaşayan italyanların tək bir millət kimi birləşdirilməsi idealı italyan irredentizminin meydana çıxmasına yol açdı. Bir çox istriyalı italyanlar və dalmasiyalı italyanlar İtaliyanın birləşdirilməsi üçün döyüşən Risorcimento hərəkatına müsbət yanaşırdı.

1861-ci ildə İtaliya krallığının elan edilməsi ilə modern İtaliya dövlətinin əsası qoyuldu. 21 iyul 1878-ci ildə Romada səs-küylü mitinq keçirildi. Mitinqə Cüzeppe Haribaldinin oğlu Menotti Haribaldi rəhbərlik edirdi. Bu mitinqdə Trentinonun ələ keçirmək üçün könüllü taborlar quruldu. İtaliyanın baş naziri Benedetto Kairoli mitinqi mülayim şəkildə qarşıladı. Lakin mitinq əsasən süni şəkildə təşkil edilmişdi, bir çox italyan Trentinonun ələ keçirilməsi üçün Avstriyaya və ya Maltanı ələ keçirmək üçün Böyük Britaniyaya qarşı təhlükəli siyasət izləməyin tərəfdarı deyildi.

İtalyan irredentizminin ölkə xaricindəki əsas nəticələrindən biri Avstriya imperatoru I Frans İosifə qarşı 1882-ci ildə sui-qəsdin təşkil edilməsi oldu. 1882-ci ildə edilən bu sui-qəsd cəhdinin üstü açıldı və baş tutmadı. Triestinli və Avstriya vətəndaşı olan Quqlielmo Oberdan edam edildi. İtalyan irredentizmi respublikaçı və sosialist fəaliyyət ilə ölkə üçün problemlər yaratmağa başladıqdan sonra Aqustino Depretis tərəfindən polis nəzarətinə alındı.

İrredentizm 1881-ci ildə Tunisin Fransa tərəfindən işğal edilməsi ilə Fransa-İtaliya münasibətlərində böhran yarandıqdan sonra problemlər yaşamağa başladı. İtalyan hökuməti Avstriya və Almaniya ilə daha yaxın münasibətlər qurdu və bu 1882-ci ildə Üçlər ittifaqının qurulmasına yol açdı. Bundan sonra XIX əsr boyunca irredentistlərin ölkəyə birləşdirilməsini arzuladıqları bölgədə bu mənada heç bir irəliləyiş yaşanmadı. Beləliklə, İtaliya krallığının sərhədləri dəyişməz qaldı və Eritreyada, Somalidə koloniyaların qurulmasına başlanıldı.

İsveçrədə italyan irredentizmi

Hal-hazırkı İtalyan İsveçrəsi XVI əsrə qədər Milan hersoqluğuna aid olmuş, daha sonra İsveçrənin bir ərazisi halına gəlmişdi. Bu ərazidə yaşayan italyanlar özlərinin doğma italyan dillərini və Lombard dillərini Ticinese dialektində olsa belə danışmağa davam edirdilər. İsveçrədəki italyan irredentizmi mötədil Risorcimento ideallarına əsaslanmaqda və italyan-ticineseli Adolfo Karmine kimi şəxslər tərəfindən təbliğ edilməkdə idi.

İtalyan faşizminin haimiyyətə gəlməsindən sonra başlanğıcda mötədil olan irredentizm radikallaşmağa başladı. İtalyan faşizminin rəhbəri olan Benito Mussolini 1930-cu illərdə Partito Fascista Ticineseni (Tiçino Faşist Partiyası) yaratdı. Bu partiyanın əsas məqsədi İtaliyanın sərhədini Sen-Qotard keçidinə doğru genişləndirmək idi. Onlar bu uğurda siyasi narahatlıqlardan, mümkkün referendumlardan, hətta ehtiyac olardısa italyan ordusundan da yararlanmağı planlayırdılar. 1934-cü ildə "Romaya yürüş"ə bənzər "Bellinzonaya yürüş" elan etdilər. Lakin bu yürüşün qarşısı sosialist təşkilatların müqaviməti nəticəsində alındı. Bu işdə fərqlənən Quqlielmo Kanevaskininin "Liberi e Svizzeri" kimi sosialist təşkilatları hətta İsveçrə hökuməti də dəstəkləyirdi.

Ardıcıl olaraq, 1935-ci il seçkilərində faşistlər cəmi 2% səs topladılar və o vaxtdan bəri onların hərəkatı 100-dən daha az üzvə qədər azaldı.

İkinci Dünya müharibəsindən əvvəl İsveçrədəki italyan irredentizmi zəifləyərək əsasən XIX əsrdə Tiçinoya İtaliyadan köç etmiş mühacirlərin övladları arasında mövcudiyyətini qorudu. Lakin bu azsaylı qrupa tiçinolu aktiv irredentistlər də daxil idi və onlar geniş həcmli təbliğat işi ilə məşğul idilər. Bu intelektuallardan ən vacibi Teresina Bontempi idi. L'Adula jurnalı da onun tərəfindən yaradılmışdı. O, yazılarında Rosetta Kolombi ilə birlikdə Tiçino karntonunun İsveçrə hökumətinin də yardımı almanlaşdırılmasına qarşı çıxırdı. Həqiqətəndə Tiçino kantonundakı almandilli əhalinin sayı 1837-ci ildə 2.6% ikən, 1920-ci ildə 5.34%-ə yüksəlmiş, 1940-cı ildə isə demək olar ki, 10% olmuşdu. Belə bir fəaliyyətə görə o, davamlı İsveçrə hökuməti ilə problem yaşamaqda idi və nəticədə, 1936-cı ildə həbs edildi. Bir neşə aydan sonra azadlığa buraxılsa da, ölkəni tərk etməyə məcbur edildi və İtaliyadan siyasi sığınacaq aldı.

Tiçino karntonunda doğulmuş məşhur faşistlərdən bir də Aurelio Qarobbio idi. O, özünü Qabriele D'Annunzioya bənzədərək Giovani Ticinesi təşkilatını yaratmışdı. 1935-ci ildən sonra Garobbio İsveçrədəki italyan irredentizminin əsas simasına çevrildi və 1945-ci ilin yazında ölümünə qədər Mussolini ilə birlikdə oldu. Bu zaman o, Tiçinonun yaxınlığındakı Valtellinada son faşist müqavimətini təşkil etməyə çalışırdı.

İkinci Dünya müharibəsindən sonra İsveçrədəki italyan irredentizmi zəiflədi və öz yerini İsveçrə Konfederasiyası daxilində italyan dilinin və mədəniyyətinin təşviq edilməsi üçün çalışan təşkilatlara verdi.

Maltada italyan irredentizmi

1814-cü ildən Malta Siciliyanın tərkib hissəsi olmaqdan çıxsa da, orada italyan irredentizminin güclü olması Benito Mussolini və tərəfdarlarının hakimiyyətə gəlməsindən sonra olmuşdur.