– Yaponiya sosioloqu. Kənd sosiologiyası sahəsindəki töhfələrinə görə tanınır.

Həyatı və karyerası Eytaro Suzuki 1894-cü ildə Yaponiyanın Naqasaki prefekturasında doğulmuşdur. 1922-ci ildə Tokio Universitetini bitirmiş, 1924-cü ildə Gifu Kənd Təsərrüfatı Kollecinin professoru olmuşdur. 1942-ci ildə Keyco Universitetinin köməkçi professoru, daha sonra professoru təyin olunmuşdur. 1946-cı ildə doktorant dərəcəsi əldə etmiş, 1947-ci ildə Hokkaydo Universitetinin professoru olmuşdur.

Yaponiya Sosiologiya Cəmiyyətinin direktoru və Yaponiya Etnologiya Cəmiyyətinin müşaviri vəzifələrini tutmuşdur.

Elmi araşdırmaları Suzuki kənd və şəhər sosiologiyası sistemini, eləcə də, lokal sosiologiya nəzəriyyəsini yaratdığı üçün tanınır. O, ABŞ-nin kənd və şəhər sosiologiyasını tədqiq edərkən Yaponiyadakı şərtləri nəzərə alaraq sosioloji nəzəriyyə inkişaf etdirmişdir. Ailəsi üzərində tədqiqatlar aparan Suzuki yapon ailəsində inkişaf edən həyat tsiklini nümayiş etdirmiş və bunu ABŞ modelləri ilə müqayisə etmişdir. O, yapon ferma icmaları haqqında danışarkən qeyd etmişdir ki, buraku adlı sadə yerli sosial birlik ən əhəmiyyətli olandır və onu "təbii kənd" (şizenson) adlandırmışdır.

O, İkinci dünya müharibəsindən sonra şəhər sosiologiyası sahəsində araşdırmalar aparmış və cinayət hallarına fokuslanan şəhər araşdırmalarını tənqid etmişdir. Daha sonra şəhər əhalisinin həyatı nəticəsində yaranan struktur formalarını öyrənməyə yönəlmişdir. O, şəhər ölçüsünün inteqrativ təşkilatlanmadan və sinif tərkibindən asılı olduğunu müdafiə etmişdir.

"Nihon noson şakayqaku qenri" (1940) və "Toşi şakayqaku qenri" (1957) əsas əsərləridir. Əsərləri ölümündən sonra "Suzuki Eytaro çosakuşu" (1967–1977) adı ilə nəşr olunmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya sosioloqları Kateqoriya:Kənd sosioloqları