left|thumb|"𐕘" şamdan üzərində yazının son sətrinin ilk hərfi kimi 𐕘 (səslənməsi , transkripsiyası Ġ, ġ) — Alban əlifbasının 41-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Pʿēs) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində "Ġēs" (Ğeys) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Xēs" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə erməni dilində hələ Ղ hərfinin hələ "ğ" səsini ifadə etməməsi göstərilmişdir. Yəni, əlyazmadakı əlifbanın ilkin forması VIII əsrdən öncə hazırlanmalıdır.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-9 Erməni tədqiqatçı Aşot Abramyan yanlışlıqla bu hərfin transkripsiyasını "ǯ" kimi təklif etmişdi (o, bunu erməni əlifbasındakı Ջ qrafeminə bənzərliklə izah edirdi).Aşot Qareqinoviç Abramyan — Дешифровка надписей Кавказских агван (Qafqaz albanlarının yazısının deşifri), Mitk, 1964, səh. 32-33 Bu fikrə Georgi Klimov da qoşulmuşdur.Klimov G. О составе агванского (кавказско-албанского) алфавита (Ağvan (Qafqaz-Alban) əlifbasının tərkibi haqqında), SSRİ Elmlər Akademiyasının Materialları, ədəbiyyat, dil və incəsənət seriyası, cild 49, sayı 6. Moskva, 1990, səh. 497 Sergey Muravyev də səhvən bu hərfin /p/ səsi ilə izah etməyə çalışmışdır.Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. səh. 259 Bu hərf Azərbaycan və Udi dillərindəki Ğ hərfinin qarşılığıdır. Nümunələr: Alban yazısıTranskripsiyasıTərcüməsiUdi dilində𐕘𐔰𐕙ġaruşaqğar𐕘𐔴ġebu günğe𐔱𐔼𐕀𐔰𐕃𐕒𐕡𐕘bixaʒ́uġAllahbixacuğ
İstinadlar
Kateqoriya:Alban əlifbası