Vəli (, cəm , ,) — Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur.John Renard, Friends of God: Islamic Images of Piety, Commitment, and Servanthood (Berkeley: University of California Press, 2008); John Renard, Tales of God Friends: Islamic Hagiography in Translation (Berkeley: University of California Press, 2009), passim.

Tərif artikli (ərəbcə: ال) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي) alınır; "Köməkçi, Dost" deməkdir.

Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli "xüsusi ilahi lütf… müqəddəsliklə qeyd olunan" və "Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş" təsvir edilir.Radtke, B., "Saint", in: Encyclopaedia of the Qurʾān, General Editor: Jane Dammen McAuliffe, Georgetown University, Washington, D. C.

Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdürRadtke, B., "Saint", in: Encyclopaedia of the Qurʾān, General Editor: Jane Dammen McAuliffe, Georgetown University, Washington, D. C.J. van Ess, Theologie und Gesellschaft im 2. und 3. Jahrhundert Hidschra. Eine Geschichte des religiösen Denkens im frühen Islam, II (Berlin-New York, 1992), pp. 89–90B. Radtke and J. O’Kane, The Concept of Sainthood in Early Islamic Mysticism (London, 1996), pp. 109–110B. Radtke, Drei Schriften des Theosophen von Tirmid̲, ii (Beirut-Stuttgart, 1996), pp. 68–69

Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi.

İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö. 815) və Bağdadlı Cüneyd (ö. 910) erkən sufi mistikləri idi.

XII əsrdən XIV əsrə qədər təsəvvüf ilə övliyalara ehtiram həm xalq, həm də hökmdarlar arasında müəyyənləşdi.Titus Burckhardt, Art of Islam: Language and Meaning (Bloomington: World Wisdom, 2009), p. 99

Bu dövrün təqvasının ümumi ifadələrində vəli "mənəvi kamillik .. təfəkkür sahibi olmaq" kimi başa düşülürdü.Titus Burckhardt, Art of Islam: Language and Meaning (Bloomington: World Wisdom, 2009), p. 99

Övliyanın varlığı və möcüzələrinə inanmaq Təhəvi və Nəsəfi kimi dövrünün aparıcı sünni əqidə müəllifləri tərəfindən ortodoks İslam üçün bir "şərt" kimi təqdim edildi.Jonathan A. C. Brown, "Faithful Dissenters: Sunni Skepticism about the Miracles of Saints", Journal of Sufi Studies 1 (2012), p. 123Christopher Taylor, In the Vicinity of the Righteous (Leiden: Brill, 1999), pp. 5–6

Ənənəvi İslamda öndə gedən övliyalar Peyğəmbərin səhabələri, canişinləri və davamçılarıdır.Martin Lings, What is Sufism? (Lahore: Suhail Academy, 2005; first imp. 1983, second imp. 1999), pp. 36–37, 45, 102, etc. Bundan əlavə, İslamda peyğəmbərlər və elçilər də tərifə görə müqəddəs sayılırlar; Sünni inancın ümumi prinsipi olaraq, Peyğəmbərlər bütün bəşəriyyətin ən böyüyü olaraq normal övliyalardan daha yüksək məqama ucaldılır.Al-Ṭaḥāwī, Al-ʿAqīdah aṭ-Ṭaḥāwiyya XCVIII–IX Bir sözlə, "hər peyğəmbər övliyadır, lakin hər övliya peyğəmbər deyildir" inanılır.Reza Shah-Kazemi, "The Metaphysics of Interfaith Dialogue", in Paths to the Heart: Sufism and the Christian East, ed. James Cutsinger (Bloomington: World Wisdom, 2002), p. 167

Sünni və şiə müqəddəslərinin ənənəvi ideyası və onlara pərəstiş müasir dünyada sələfilik, vəhhabilik və İslam modernizmi kimi puritanist və dirçəlişçi islam hərəkatları tərəfindən etiraz edilir. Bu hərəkatların inkişafı həm də dolayı yolla əsas müsəlmanlar arasında müsəlman müqəddəslərinin qəbul və ehtiramını " qəbuledilməz sapma " kimi qəbul etmə meylinə səbəb oldu.Christopher Taylor, In the Vicinity of the Righteous (Leiden: Brill, 1999), pp. 5–6

İstinadlar

Kateqoriya:İslam terminləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Müsəlmanlar