Tommazo Pobeqa () — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və İtaliya milli komandasında yarımmüdafiəçi kimi çıxış edir.

Karyerası

Klub Tommazo uşaq yaşlarında doğulduğu Triest şəhərini təmsil edən "Triestana" klubunun uşaq komandasına qoşulur. 2013-cü ildə futbolçu İtaliya grandlarından olan "Milan" klubunun uşaq komandasına keçir.

23 avqust 2018-ci ildə Pobeqa 2018–19 mövsümü üçün icarə əsasında C Seriyası klubu "Ternana"ya keçdi.

Oktyabrın 7-də o, "Renate" klubu ilə evdə keçirilən oyunun 73-cü dəqiqəsində Cüzeppe Vivesi əvəzinə meydana çıxaraq peşəkar futbol karyerasında debüt edir. Dekabrın 27-də o, ilk peşəkar qolunu evdə "Teramo" klubu üzərində 2–1 hesablı qələbənin 69-cu dəqiqəsində vurdu. 9 fevral 2019-cu ildə Pobeqa " Virtus Verona" ilə ev oyununda dubl edərək iki qol vurur. Pobeqa "Ternana" klubunda 32 oyun, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalır.

İcarədən geri döndükdən sonra 15 iyul 2019-cu ildə Pobeqa B Seriyasının "Pordenone" klubuna 30 iyun 2020-ci ilə qədər icarə əsasında qoşulur. Avqustun 11-də o, İtaliya kubokunun ikinci turunda "FeralpiSalo" klubuna qarşı evdə 2–1 hesablı məğlub olduqları 44-cü dəqiqəsində, "Pordenone" klubunun heyətində ilk qolunu vurur. Avqustun 26-da o, "Pordenone"nin heyətində B Seriyasında debüt etdi və evdə "Frozinone" üzərində 3–0 hesablı qələbədə dubl edərək iki qol vurur. "Pordenone" klubunun heyətində 31 oyunda meydana çıxaraq 5 qol vurur.

24 avqust 2020-ci ildə Pobeqa "Milan" ilə 30 iyun 2025-ci ilə qədər yeni müqavilə imzaladı.

23 sentyabr 2020-ci ildə Pobeqa, 30 iyun 2021-ci ilə qədər icarə əsasında A Seriyasında yüksələn "Speziya" klubuna qoşuldu. Sentyabrın 27-də o, "Sassuolo" klubuna qarşı oyunda "Speziya" klubunun heyətində debüt edir. 1 noyabr 2020-ci ildə isə, "Yuventus" ilə oyunda "Speziya" heyətində ilk qolunu vurur. Burada o meydana çıxdığı 210 oyunda 6 qol ilə yadda qalır.

Pobeqa 2021–22-ci il mövsümünə hazırlıq dörundə "Milan" klubuna qayıdır və klubun mövsüm öncəsi hazırlıq məşqlərində və yoldaşlıq oyunlarında işştirak edir. Ancaq futbolçu "Milan"da saxlanılmır və 27 avqust 2021-ci ildə Pobeqa 30 iyun 2022-ci ilə qədər "Torino" klubuna icarəyə verilir. Sentyabrın 12-də o, Salernitana ilə ev oyununda Torino heyətində ilk qolunu vurur. Tommazo "Torino"da mövsümü 33 oyun və 4 qolla bitirir.

5 avqust 2022-ci ildə Pobeqa müqaviləsini 30 iyun 2027-ci ilə qədər uzadıb. O, "Milan"da ilk qolunu 14 sentyabr 2022-ci ildə Çempionlar Liqasında Zaqrebin "Dinamo" komandasına qarşı oyunda vurur.

Milli komanda 12 noyabr 2020-ci ildə Pobeqa İtaliyanın U21 komandası ilə debüt etdi və seçmə mərhədə, İslandiya üzərində səfərdə 2–1 hesabı ilə qalib gəldikləri oyunda İtaliyanın hər iki qolu vurdu.

O, ilk dəfə 5 noyabr 2021-ci ildə 2022 FIFA Dünya Çempionatının seçmə mərhələsi üçün İsveçrə və Şimali İrlandiya ilə matçlar üçün milli komandaya dəvət edilir.

İstinadlar

Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Ternana FK futbolçuları Kateqoriya:Spetsiya FK futbolçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:Pordenone FK futbolçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri