Həsənli — Azərbaycan Respublikasının Masallı rayonunun Həsənli kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 2731 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Yaşayış məntəqəsi Həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
Coğrafiyası və infrastrukturu Həsənli kəndi Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 15 km şimalda, Masallı dəmiryol stansiyasından 4 km şimali–şərqdə yerləşir. Kənddə 1 ümumtəhsil məktəbi, uşaq bağçası, klub, kitabxana, mərkəzi ATS fəaliyyət göstərir. Həmçinin kənddə Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Kəndin mərkəzində "Tut bağı" var.
Həmçinin bax
İstinadlar
Kateqoriya:Masallı rayonunun kəndləri