və ya Daydoci Şiqesuke – Edo dövründə yaşamış Yaponiya samurayı və hərbi strategiyaçısı.

Həyatı Daydoci Yuzan 1639-cu ildə Yaponiyanın Yamaşiro əyalətində doğulmuşdur. Hoco Ucinaqanın başçılığı altında hərb elmini öyrənmək məqsədilə Edo şəhərinə getmişdir. Ayzu hanı üçün xidmət verməyə başlamış, lakin daha sonra xidmətdən çıxıb Edonun şimalına köçmüşdür. O, yazıları ilə tanınmış, növbəti illərdə müxtəlif daymyoların dəvətlərini qəbul edərək səyahətlər etmişdir.

Daydoci ən çox yazdığı əsərinə görə tanınır. Bu əsər onun sağlığında nəşr olunmasa da, konfusiçilik təsirindən uzaq qaldığı üçün buşidonun əhəmiyyətli tədqiqi hesab olunur. Əsər Edo dövrünün sonlarında çox oxunmağa başlamışdır. Daydocinin nəşr olunmamış digər əsərləri – "Oçiboşu" və "İvabuçi yava" Tokuqava İeyasu haqqında anekdotlar kolleksiyasıdır.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Samuraylar Kateqoriya:Hərbi strategiyaçılar Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:XVII əsr tarixçiləri Kateqoriya:XVII əsr filosofları