Finneas Beyrd Okonnell (, ) — amerikalı müğənni, mahnı yazarı, musiqi prodüseri və aktyor. O, müxtəlif sənətçilər, xüsusi ilə də bacısı Billi Ayliş üçün mahnılar yazıb prodüserlik etmişdir. O, Böyük Dördlük kateqoriyalarındakı nominasiyalar da daxil olmaqla, 13 ümumi nominasiya arasında səkkiz "Qremmi" mükafatı qazanıb. Bundan əlavə o, "No Time to Die" mahnısına görə "Oskar", "Qızıl Qlobus" və "Qremmi" mükafatına layiq görülüb.
Finneas solo ifaçı kimi bir neçə sinql buraxıb və ilk mini-albomu "Blood Harmony"ni 2019-cu ilin oktyabrında yayımlayıb. Mini-albomun "Let's Fall in Love for the Night" mahnısı ABŞ Billboard alternativ mahnılar hit-paradında 17-ci pilləyə yüksəlmişdir. Onun ilk studiya albomu "Optimist" 2021-ci ilin oktyabrında Interscope Records tərəfindən buraxılıb.
Finneas 2013-cü ildə "Life Inside Out" adlı müstəqil filmdə rol alıb. O, həmçinin Fox musiqili komediya-dram serialı "Glee"də Alistair rolu ilə tanınır. Bundan əlavə o, ABŞ sitkom serialı "Müasir ailə"də çəkilmişdir.
Həyatı
Finneas 30 iyul 1997-ci ildə Los-Anceles şəhərində anadan olmuşdur. Onun anası Meggi Beyrd aktrisa və ssenarist, atası Patrik O'Konnell isə aktyordur. Musiqiçi ailəsində böyüyən Finneas anası tərəfindən musiqi təhsili almışdır. O, uşaq yaşlarından etibarən mahnı yazmaqla və prodüserlik etməklə məşğuldur.2015-ci ildə isə, bacısı ilə ilk məşhurlaşmış mahnını "Ocean eyes" yazdilar.
Şəxsi həyatı Finneas hazırda Los-Ancelesdə yaşayır. Onun 2018-ci ildən yutuber Claudia Sulewski ilə romantik münasibəti var. O, "Claudia" adlı sinqlını onunla tanış olduğu gecədən sonra yazmışdır.
Valideynləri tərəfindən vegetarian kimi böyüdüldüyünü hazırda isə veqan olduğunu bildirir.
Diskoqrafiya Studiya albomları Optimist (2021) For Cryin' Out Loud! (2024)
Mini-albomları Blood Harmony (2019)
Soundtrek albomları The Fallout (2021) Vengeance (2022)
Filmoqrafiya
İlAdıRolQeyd2011Bad TeacherSpencer2013Life Inside OutShane2013TomorrowTomShort2013–2014Müasir ailəRonnie Jr.2 episodes2014happySADhappyAndrewShort2015GleeAlistair4 episodes2015AquariusEarnest Boy2 episodes2015Fallout 4Liam Binet (dublyaj)Videooyun2018Confessions of a Teenage Jesus JerkTom2021Billie Eilish: The World's a Little BlurryÖzüSənədli film2021Happier Than Ever: A Love Letter to Los AngelesÖzüKonsert filmi2021Saturday Night LiveÖzüEpisode: "Billie Eilish/Billie Eilish"2022Turning Red4*Town üzvü Jesse (dublyaj)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Qızıl Qlobus mükafatı laureatları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Musiqi Kateqoriya:Uşaq aktyorlar