Xoren Babkeni Abramyan (; ) — SSRİ və Ermənistan teatr və kino aktyoru, rejissor, SSRİ xalq artisti (1980). SSRİ Dövlət mükafatına layiq görülmüşdür (1981).

Həyatı Xoren Abramyan 1 aprel 1930-cu ildə İrəvanda anadan olmuşdur. 1951-ci ildə İrəvan Dövlət Teatr və Kino İnstitutunu bitirmiş və Qabriel Sundukyan adına Ermənistan Milli Teatrının səhnəsində oynamağa başlamışdır (1980–1985-ci illərdə, 1988-ci ildən baş rejissor). 1985–1988-ci illərdə Askanaz Mravyan adına Leninakan teatrının baş rejissoru işləmişdir. Xoren Abramyan kinoda debütünü 1949-cu ildə "Ararat vadisinin qızı" filmində etmişdir. O, "Dağ gölünün sirri" (1954), "Boy" (1957), "İlk sevgi mahnısı" (1958,), "Ana ürəyi" (1958), "Saroyan qardaşları" (1968), "Doğum" (1978), "Çox yaşa" (1980) filmlərində rol almışdır.Энциклопедический словарь. 2009. Абрамян Хорен Бабкенович.

Mükafatları Ermənistan SSR əməkdar artisti (1961) Ermənistan SSR xalq artisti (1969) SSRİ xalq artisti (1980) SSRİ Dövlət mükafatı (1981, teatr əsərlərinə görə) Ermənistan SSR Dövlət mükafatı (1970, "Saroyan qardaşları" tamaşasına görə) Ermənistan SSR Dövlət mükafatı (1988) Müqəddəs Mesrop Maştots ordeni (2000) "Aktyorluq işinə görə mükafatlar" nominasiyası üzrə Ümumittifaq kinofestivalının laureatı ("Saroyan qardaşları" filmi, Minsk, 1970) "Ən yaxşı aktyor işi üçün mükafatlar" nominasiyasında Ümumittifaq kinofestivalının laureatı ("Yaşasın" filmi, Düşənbə, 1980) İrəvanın fəxri vətəndaşı (2000)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Ermənistan aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:SSRİ xalq deputatları