SSRİ xalq həkimi — SSRİ vətəndaşlarına verilən fəxri medal. 25 oktyabr 1977-ci ildə Leonid Brejnev tərəfindən müəyyən edilmiş və n44/1977 nömrəli Sovet Rəsmi Qəzetində dərc edilərək rəsmiləşmişdir. 22 avqust 1988-ci ildə yenidən işlənmişdir.

Qayda və təqdimat İctimai sağlamlıq baxımından və mənəvi dəyərlər çərçivəsində təcrübə tələb edən vəzifələri uğurla yerinə yetirən və dəyərli töhfələr verən şəxslərə və ya təşkilatlara verilib.

"Xalq həkimi" medalı Ali Sovetin Rəyasət Heyəti adından Sovet Səhiyyə Nazirliyi tərəfindən təltif edilirdi. Ali Sovetin Rəyasət Heyəti tərəfindən "Xalq həkimi" diplomu ilə təyin edilmiş sovet vətəndaşları medal və sertifikatlar almaq hüququna malik idilər. Bu ada təkcə səhiyyə işçiləri, həkim və tibb bacıları deyil, müxtəlif sanatoriya, xəstəxana və səhiyyə müəssisələri də layiq görülüb.

Forması Medal tombacdan hazırlanıb. Forması təxminən dördbucaqlıdır (22,5 x 23,5 mm). Üz tərəfinin yuxarı hissəsində üç sətirdə rus dilində "SSRİ xalq həkimi" (Народный врач СССР) yazılmışdır. Solda Higeya kasası, sağda tək dəfnə budağı var. Medalın üzərindəki bütün rəmzlər qabartılıb. Medalın gövdəsi qırmızı ipək sapandına (18 mm x 21 mm) "oraq və çəkic" simvolu olan asılqan ilə bərkidilib.

Bəzi medal sahibləri İlk dəfə 1978-ci il avqustun 9-da 5 nəfər bu medalla təltif edilmişdir. Viktor Nikolayeviç Vasilenko Lyudmila Vasilievna Yevstratova Viktor Mixayloviç İlin Lyudmila Nilolayevna Mixaylova Zaqipa Madiyevna Madiyeva

Medal sonuncu dəfə 20 dekabr 1991-ci ildə Dr. Vitali Prokopieviç Sergeyevə verilmişdir.

SSRİ-dən sonrakı mükafat 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından sonra Rusiya bu mükafatı 30 dekabr 1995-ci ildə "Rusiya Federasiyasının əməkdar həkimi" adı ilə bərpa etdi.

İstinadlar

Kateqoriya:SSRİ-nin fəxri adları