Piqmalion () — yunan mifologiyasında fil sümüyündən heykəl yaradan və yaradıcılığına aşiq olan heykəltaraş.Мифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.312

Mif Piqmalion Bel və Anxinoyanın oğlu, Kipr adasında yaşayan heykəltaraş idi. O, fil sümüyündən bir qadın heykəlini oynmuş və ona aşiq olmuşdur. Heykəltəraş ona hədiyyələr vermiş, bahalı paltarlar geyindirmişdir. Buna baxmayaraq, heykəl heykəl olaraq qalmış və Piqmalionun sevgisi qarşılıqsız qalmışdır. Piqmalion Afroditaya həsr olunmuş bayram zamanı tanrıçaya yalvararaq ona düzəltdiyi heykəl qədər gözəl bir həyat yoldaşı verməsini xahiş etmişdir. Piqmalion heykəli diriltməyi xahiş etməyə cəsarət edə bilməmişdir. Belə bir məhəbbətdən duyğulanan Afrodita Piqmalionun həyat yoldaşı olmuş heykəlini canlandırmışdır.См. Нонн. Деяния Диониса XXXII 212. Климент. Протрептик 57, 3 (ссылка на Филостефана). Mütəxəssislərə görə, bu mifi ədəbiyyata Kizikli Neanf gətirmiş olması ehtimalı var.Торшилов, Дмитрий Олегович. Античная мифография. — СПб, 1999. — С. 84.

Qədim mənbələrdə Piqmalionun arvadının adı çəkilmir. Jan Jak Russo 1762-ci ildə yazdığı "Piqmalion" əsərində onu Qalateya adlandırmışdı. Bu adı başqa bir qədim yunan mifi olan eyniadlı nereidadan götürmüşdür.Meyer Reinhold, "The Naming of Pygmalion’s Animated Statue" The Classical Journal 66.4 (1971), pp. 316–319.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qədim yunan mifologiyası personajları Kateqoriya:Qədim yunan mifologiyasında Kipr Kateqoriya:Adlar Kateqoriya:Metamorfoza personajları Kateqoriya:Qədim yunan miflərinin padşahları