Georgi Qavriloviç Sıqankov () — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1979).

Həyatı Georgi Qavriloviç Sıqankov 3 iyun 1921-ci ildə Kutaisi qəzasının (hazırda Samtredia bələdiyyəsi) Kulaşi kəndində anadan olmuşdur. 1949-cu ildən Qorki, Dzerjinski, Saransk teatrlarında çalışmışdır. 1956-cı ildən M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çıxış etmişdir.

Georgi Sıqankov 1944-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 9 fevral 1979 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 3 aprel 1974 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 noyabr 1985 "Döyüş xidmətlərinə görə" medalı — 29 avqust 1943 "Moskvanın müdafiəsinə görə" medalı — 1 may 1944 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 9 may 1945

İfa etdiyi əsas rollar

"Qozbel at", Pyotr Yerşovun əsəri üzrə — İvanuşka "Müfəttiş", Nikolay Qoqol — bələdiyyə rəisi "İnqilab naminə", Mixail Şatrov — V. İ. Lenin "Müsyo Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundov — Müsyo Jordan "Aprel səhəri", Yusif Əzimzadə — ''Pirqulu

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktyorları