Qasımiyyə mədrəsəsi — XV əsrin sonralarında Ağqoyunlular dövləti tərəfindən Mardində tikilmiş tarixi abidə.
Tarixi Ağqoyunluların hökmdarı Uzun Həsən bölgəni ələ keçirdikdən sonra Qara Yuluq Osman bəyin nəvəsi və öz qardaşı Cahangir bəyin oğlu Qasım bəy Cahangiri bura hökmdar təyin edir. Qasım bəy Cahangir bayandur bəylərinin hakimiyyət uğrunda mübarizələrinə qarışmamış Mardini idarə etmişdir. Teymurun yürüşündən sonra əziyyət çəkmiş Mardin şəhərini yenidən dirçəldib burada dağıdılmış şəhəri, məscid və meydanları bərpa etdirib. Qasımiyyə mədrəsəsi XV əsrin sonunda Mardin şəhərində tikilib.
XIX əsrdə yaşamış Osmanlı tarixçisi Əbdülsalam Əfəndi Qasım bəy Cahangirin tikinti siyasəti və dövrdə etdikləri haqqında bunları yazıb:
Memarlığı Mədrəsə 2 hissədən ibarətdir. Giriş qapısının şərqində həyət boyunca yerləşmiş hücrələr olan hissə və giriş qapısının qərbində Hənəfi məscdinin yerləşdiyi hissə. Mədrəsənin qərbində yerləşən və girişi monumental portaldan olan günbəzli məkan Hənəfi məscididir. Məscidin üstü və türbəsi günbəzlidir. Hənəfi məscidi ölçüləri 5,10 x 15,94 metr olan düzbucaqlı şəklindədir. Məscid diametri 6,54 metr olan cilalanmış soğan tipli günbəzlə örtülüb.
Portalın mərkəzində həyətdən cənuba doğru yay mehrabı yerləşir. Yay mehrabının tağı, 2 bitişik tağ və eyvanın sağında və solunda yerləşən tağlar daşdan düzəldilib və ulduz formasındadır. Mədrəsə hissəsindəki türbənin ölçüləri 4,08 х 7,06 metrdir. Onun diametri 4.27 metr olan kəsilmiş qübbəsi var. Şafi məscidinin ölçüləri isə 3,94 х 7,10 metrdir və türbə ilə onun arasında bir neçə sm fərq var. Bu məscidin də qübbəsinin diametri 4.27 metrdir. Türbənin və Şafi məscdinin ölçüləri demək olar ki eynidir.
Şəkilləri
Həmçinin bax Şeyx Məttar məscidi
İstinadlar
Kateqoriya:Mardin Kateqoriya:Ağqoyunlu abidələri Kateqoriya:Mədrəsələr