thumb|Ejen Delakrua tərəfindən 1824-cü ildə çəkilmiş "Xios qətliamı" əsəri.
Xios qətliamı () — 1822-ci ildə, Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı Osmanlı qoşunları tərəfindən Xios adasında on minlərlə yunanın öldürülməsi hadisəsi. Ətraf adalarda yaşayan yunanlar Xios adasına gələrək ada əhalisini üsyana qoşulmağa təşviq etmişdilər. Buna cavab olaraq Osmanlı əsgərləri adaya eniş etmiş, minlərlə insanı qətlə yetirmişdir. Xristianların qətliamı beynəlxalq ictimaiyyətin narazılığına səbəb olmuşdu.
İstinadlar
Əlavə ədəbiyyat Christopher A. Long – The Series of Events The Massacres of Chios Described in Contemporary Diplomatic Reports, edited and with an introduction by Philip P. Argenti (London: John Lane the Bodley Head Ltd., 1932).
Kateqoriya:Yunanıstan İstiqlaliyyət müharibəsinin döyüşləri Kateqoriya:Osmanlı Yunanıstanı Kateqoriya:1822-ci ildəki hadisələr Kateqoriya:Avropada etnik təmizləmə