Mine Okubo (; ) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır.
İlk illəri Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu.
Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir. Federal İncəsənə Proqramı çərçivəsində ABŞ ordusu üçün Fort-Ord, Qovernment adası, Oklend Qonaqpərvərlik Evi və Trejer adasında divar rəsmləri və mozaikalar yaratmışdır.
İnternasiyası thumb|Okubonun Aralıq dənizi mövzusunda hazırladığı divar rəsmi. 1943-cü ildə ABŞ prezidenti Franklin Ruzvelt 9066 saylı sərəncamı imzaladıqdan sonra Okubo komendat saatı və səyahət məhdudiyyətlərindən azad edilmək üçün xüsusi icazə istəmişdir. Lakin o qardaşı Toku ilə birlikdə Kaliforniyanın San-Bruno şəhərində yerləşən Tanforan Toplama Mərkəzinə gətirilmiş və il yarım bir at tövləsində yaşamışdır. Daha sonra isə Yuta ştatında yerləşən internasiya düşərgəsinə göndərilmişdir.
Okubo internasiya düşərgəsinin ədəbi jurnalı üçün rəsmlər çəkmiş, məktəblilərə incəsənət dərsləri vermiş, düşərgənin qəzeti üçün redaktorluq etmişdir. O, Tanforan Toplama Mərkəzində və Topaz düşərgəsində 250 rəsm çəkmişdir. Okubo düşərgənin "Trek" adlı jurnalı tərəfindən keçirilmiş rəsm müsabiqəsində qalib gəlmiş və məqalələrinin yayımlanması üçün "Fortune" jurnalı ilə müqavilə bağlamışdır. Müharibənin başa çatmasına yaxın jurnalın redaktorları onu Nyu-York şəhərinə gətirə bilmişdirlər.
Okubo Nyu-York şəhərində jurnal və kitab illüstratoru kimi tanınmağa başlamışdır. Onun işləri "Time", "Life" və "New York Times" kimi nəşrlərdə peyda olmuşdur. Okubo 1950-ci ildə Nyu-Yorku tərk edərək Berkli Kaliforniya Universitetində incəsənət üzrə mühazirələr verməyə başlamışdır. Lakin 1952-ci ildə sənət bacarığını inkişaf etdirmək üçün Nyu-Yorka qayıtmışdır. Əsərləri Nyu-York, Massaçusetts və Oklenddə sərgilənmişdir.
Vətəndaş 13660 İkinci dünya müharibəsindən sonra yazılmış "Vətəndaş 13660" Okubonun ən məşhur əsəri sayılır və internasiya həyatını əks etdirən rəsmlər, eləcə də, şərhlərdən ibarətdir. Kitab ABŞ yaponlarının internasiyasını əks etdirən ilk kitabdır. 13660 Okubonun internasiya düşərgəsindəki nömrəsi olmuşdur. Okubo bu əsəri ona məktub yazan və tədarük göndərən dostları üçün internasiya təcrübəsini sənədləşdirmək ideyası ilə yazmağa başlamışdır. Kitabdakı rəsmlərin çoxunu müşahidəçi qismində çəkdiyi üçün əsər avtobioqrafik də sayılır.
Okubo kitabın nəşri üçün nəşriyyat tapmaqda çətinlik çəksə də, 1946-cı ildə Columbia University Press ilə razılığa gələ bilmişdir. Kitab 1983-cü ildə University of Washington Press tərəfindən yenidən nəşr olunana qədər kiçik tiraj seriyaları ilə dövriyədə olmuş və bir neçə dilə tərcümə olunmuşdur. Okubo 1981-ci ildə Müharibə Dövründə Vətəndaşların Yerdəyişməsi və İnternasiyası üzrə ABŞ Konqres Komissiyası üçün şahidlik etmiş və kitabı komissiyanın qeydlərinə daxil olmuşdur. Kitab 1984-cü ildə Amerika Kitab Mükafatına layiq görülmüşdür.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Berkli Kaliforniya Universitetinin məzunları Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:ABŞ-nin qadın yazıçıları Kateqoriya:İnternasiyada olmuş yaponəsilli amerikalılar Kateqoriya:ABŞ-nin incəsənət xadimləri Kateqoriya:Amerika kitab mükafatı laureatları