– Yaponiya film rejissoru və prodüseri. "Yaponiya kinosunun atası" hesab olunur.

Həyatı Şozo Makino 1878-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Makino anasına məxsus olan Senbonza teatrının meneceri olduğu dövrdə Nikkatsu Corporation şirkətinin başçısı olan Eynosuke Yokota ilə tanış olmuşdur. Yokota onu işə götürərək filmlər çəkməsini istəmişdir. Makinonun ilk çəkdiyi belə film 1908-ci ildə "Honno məbədi döyüşü" olmuşdur.

Makino Okayama prefekturasını ziyarət edərkən kiçik bir teatrda çıxış edən Matsunosuke Onoe ilə tanış olmuş və onun aktyorluq bacarıqlarını kəşf etmişdir. Makino növbəti 10 il ərzində onunla hər il 60-80 film çəkmişdir. Bu filmlərin çoxu bacarıqlı qılınc ustalarının hekayələrindən və ya absurd bədheybət nağıllarından bəhs edirdi. 1919-cu ildə Mikado Company şirkətini yaradaraq təhsil filmləri çəkməyi başlamışdır.

Film sayının çoxluğuna görə 1921-ci ildə Nikkatsu şirkəti ilə yollarını ayırmış və müstəqil işləməyə başlamışdır. 1925-ci ildə Kiotonun Omuro bölgəsində studiya açmış və Makino Productions şirkətini yaratmışdır. O, Bando Tsumasaburo kimi aktyorların baş rollarda çıxış etdiyi realistik tarixi dramaları populyarlaşdırmışdır.

Ailəsi Oğlu Masahiro Makino 3 yaşından etibarən atasının filmlərində oynamağa başlamışdır. Daha sonra o da rejissor olmuş və tarixi filmlər çəkmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya kinorejissorları Kateqoriya:Yaponiya kinoprodüserləri Kateqoriya:Yaponiya ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Yaponiyanın iş adamları