Türkiyədə uyğurlar — Türkiyədə yaşayan və ya Türkiyə vətəndaşı olan uyğur əsilli şəxslər.

Tarixi Anadolu türkləri ilə uyğurlar arasında əlaqənin uzun bir tarixi var. Uyğurlar tarixən Türkiyə ərazisində məskunlaşmışdılar. Ərətna bəy əslən uyğurdur, Ərətna bəyliyinin əsasını qoymuş və eyni zamanda uyğurları bəyliyin ərazisinə köçürmüşdür. Həmçinin, 1980-ci illərdən ÇXR-da Şərqi Türküstan münaqişəsi səbəbilə uyğurlar Türkiyəyə köçmək üçün Şərqi Türküstanı kütləvi şəkildə tərk etməyə başlamışdılar. 2000-ci ildə Türkiyədə 10,000 uyğur var idi, 2009-cu ildə bu rəqəm 50 minə çatmışdır. 2018-ci ildə Mərkəzi Asiyadan uyğurların axını olmuş və onların sayı 150 minə qədər artmışdır. 2022-ci ilin məlumatına görə, Türkiyədə 200 mindən çox uyğur yaşayır.

Demoqrafiya və məskunlaşma İstanbul – 120,000 Antalya – 40,000 Ankara – 20,000 Alanya – 10,000 Kayseri – 5,000 Bursa – 1,000 Digər şəhərlər – 4,000

İstinadlar

Kateqoriya:Türkiyədə yaşayan etnik qruplar Kateqoriya:Uyğur diasporu