Niyaməddin Məhərrəm oğlu Tağıyev — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Dövlət Sərhəd Xidmətinin Döyüş Hazırlığı Baş İdarəsinin rəisi.
Fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Niyaməddin Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2018-ci il tarixli Sərəncamları ilə Müdafiə Nazirliyinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının şəxsi heyət üzrə müavini vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidməti rəisinin müavini — "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri vəzifəsinə təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar