Rəşad Heydər oğlu Sadıqov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Baş Qərargah rəisi, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri.
Fəaliyyəti Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2012-ci il tarixli sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdir. Rəşad Sadiqov bu vəzifədə Firudin Nəbiyevi əvəzləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə Rəşad Sadiqova "general-leytenant" hərbi rütbəsi verilmişdir.
Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 28 avqust 2013-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 16 avqust 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 avqust 2025-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub
İstinadlar