Mokvi və ya "Mokva" çayı (: , ) — Abxaziyadan axan çay.

Su hövzəsinin sahəsi 336 km²-dir. Orta su sərfi isə 18,1 m³/s-dir.

Mənbə Kodori silsiləsinin cənub yamaclarında, xüsusən də Oxutske silsiləsində, Aduada dağının (2775 m) cənub-şərqində və Adueda-Adzıs gölü hövzəsində yerləşir.

Çay Abxaziyanın Oçam rayonunun ərazisindən keçir. Oçam rayonu şəhərinin şimal — qərb hissəsindən keçərək Qara dənizə tökülür.

Çay buzlaqlar və yağış suları ilə qidalanır. Çayın ətrafında Arasadzıx, Txina, Mokvi, Jal, Arad, Markula kimi böyük kəndlər yerləşir.

İstinadlar

Xarici keçidlər Лист K-37-XII. Масштаб: 1 : 200 000. Издание 1979 г. Лист K-37–48 Ткварчели. Масштаб: 1 : 100 000. Издание 1978 г. Лист K-37–47 Очамчира. Масштаб: 1 : 100 000. Состояние местности на 1986 год. Издание 1987 г. Kateqoriya:Abxaziya qaralamaları Kateqoriya:Gürcüstan çayları