"Ulduz" metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin stansiyasıdır. Stansiyaya daxil olan qatarlarda Tofiq Quliyevin bəstələdiyi "Tez Gəl" mahnısından fraqment səslənir. "Nəriman Nərimanov" və "Koroğlu" stansiyaları arasında yerləşir.

Tarixi Stansiya 5 may 1970-ci ildə istismara verilmişdir. "Ulduz" stansiyası istifadəyə verilməklə Bakı metrosunun Qırmızı xəttin uzunluğu daha 1,5 km artdı.

28 oktyabr 1995-ci il Bakı metrosunun "Ulduz" stansiyasından "Nərimanov" stansiyası istiqamətində hərəkət edən qatarda yanğın baş verib. Bu hadisə tarixin ən böyük metro qəzası sayılır.

Həmçinin bax 1995-ci il Bakı metrosu yanğını

Xarici keçidlər

Bakı Metropoliteni rəsmi saytı

İstinadlar

Kateqoriya:Bakı metropoliteninin stansiyaları Kateqoriya:1970-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Nərimanov rayonundakı tikililər