İdeal qətl — 1998-ci ildə çəkilmiş Amerika triller filmi. Orijinal adı A Perfect Murder olmuşdur.
Ssenarisi Frederik Knottun ilk dəfə 1952-ci ildə Londonda səhnəyə qoyulan "Dial M for Murder" pyesindən uyğunlaşdırılaraq Patrick Smith Kelly tərəfindən yazılmış olan filmin rejissoru Endryu Devisdir. Baş rollarda Maykl Duqlas, Qvinet Peltrou, Viqqo Mortensen və Devid Suçetin çəkildiyi filmin orijinal partiturasını (musiqi) Ceyms Nyuton Hovard bəstələmişdir.
İdeal qətl filmi 1954-cü ildə Alfred Hitchcock klassiki sayılan Dial M for Murder əsərinin remeykidir. Buna görə də film ABŞ-də "Dial M for Murder" və Yaponiyada "Dial M" alternativ adları altında da nümayiş etdirilmişdir. Alfred Hitchcockun filmində ssenarini də Frederik Knott öz əsərindəki kimi yazmışdır. Film tənqidçiləri "İdeal qətl"i Hitchcockun "Dial M for Murder" əsəri qədər müvəffəqiyyətli hesab etməmişdirlər.
Varlı bir ailədən olan Emili Bredford (Gwyneth Paltrow) güclü bir iş adamı sayılan əri Stiven Tayloru (Maykl Duqlas) rəssam Devid Şou (Viqqo Mortensen) ilə aldadır. Aldadıldığını bilən ər, qısqanc sevgili və xəyanətkar arvad arasındakı cinayətə qədər gedən mürəkkəb münasibətlər silsiləsi, bu filmin mövzusunu təşkil edir.
Süjet xətti İş yerində ciddi çətinliklər yaşayan uğurlu iş adamı Stiven Teylor, çox zəngin qadın olan — həyat yoldaşı Emilinin ona rəssam Devid ilə xəyanət etdiyini öyrənir. Araşdırma apararaq, Devidin əslində rəssam olmadığını, bir çox həbs cəzaları olan "evlilik fırldaqçısı" olduğunu aşkarlayır. Devid ilə görüşən Stiven, ona öz həyat yoldaşının öldürülməsi üçün 500 min dollar təklif edir …
İstinadlar Kateqoriya:Manhetten haqqında filmlər Kateqoriya:1998-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Fırıldaqçılar haqqında filmlər Kateqoriya:ABŞ filmlərinin remeykləri Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:1990-cı illərin triller filmləri Kateqoriya:Aldatma haqqında filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Ceyms Nyuton Hovardın film musiqiləri Kateqoriya:Nuar film Kateqoriya:Triller dram filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri