Gorazıllı — Azərbaycan Respublikasının Füzuli rayonunun Qarakollu kənd inzibati ərazi dairəsində kənd.
Etimologiyası Kora-Hasıllı adının təhrifidir. Türk dillərində kora "qışlaq yerində maldarların evləri" və Qızılbaş tayfalarından Hasıllı elinin adından ibarətdir.
Tarixi Kəndin tarixi XVIII–XIX əsrlərə gedib çıxır. Kənd 1993-cü il iyulun 2-də erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir.
Toponimikası Dağətəyi düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, oykonim etnotoponim olub, Gorazıllı nəslinin adını əks etdirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi Hazırda kəndin əhalisi Bakı, Sumqayıt şəhərlərində, həmçinin Füzuli rayonunun işğal edilməmiş ərazisindəki Fin şəhərciyində məcburi köçkün kimi məskunlaşıb.
İqtisadiyyatı Kənd əhalisi əsasən üzümçülüklə məşğul olub. SSRİ dönəmində burada "Qafqaz" üzümçülük sovxozu fəaliyyət göstərib.
Həmçinin bax Füzuli rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri