Mqer (Meger) Manukoviç Abeqyan (; ) — SSRİ və Ermənistan rəssamı və qrafiki, Ermənistan SSR xalq rəssamı (1960).
Həyatı Mqer Abeqyan 26 yanvar 1909-cu ildə Rusiya imperiyasında, Üçkilsə şəhərində anadan olmuşdur. O, 1922–1927-ci illərdə İrəvan Rəssamlıq və Sənaye Texnikumunda Stepan Ağacanyan və Sedrak Arakelyanla birlikdə təhsil almışdır. 1927–1930-cu ildə Moskva Ali Rəssamlıq və Texniki İnstitutunda oxumuşdur. 1930–1931-ci illərdə Leninqrad Rəssamlıq Akademiyasında oxumuş, baş müəllimi Sergey Gerasimov olmuşdur.
Lirik mənzərələrin, rəngarəng natürmortların, eləcə də portretlərin və landşaft janrlı rəsmlərin, incə əhvali-ruhiyyə ilə hopmuş çoxsaylı dəzgahlı qrafik mənzərələrin müəllifidir. Cənubi Qafqazda baş vermiş inqilabi hadisələrə həsr olunmuş rəsmlər, eləcə də İkinci Dünya müharibəsi hadisələri mövzusuna dair silsilə ofortlar çəkmişdir. 1937–1945-ci illərdə rəssamlıq məktəbində, 1954-cü ildən isə İrəvan İncəsənət və Teatr İnstitutunda dərs demişdir.
Təltif və mükafatlar "Xalqlar dostluğu" ordeni (25 yanvar 1979) iki “Şərəf Nişanı” ordeni (4.11.1939, 27.06.1956) medallar Ermənistan SSR xalq artisti (1960)
Əsərləri "Sevan gölündə" (1956) "Akademik M.V. Kasyanın portreti" (1976) "Günorta" (1956) "Bürakanın tarlaları" (1957) "Beşik mahnısı" (1959) "Yay" (1959) "Qoar Ambartsumyan portreti" (1975)
İstinadlar
Əlavə ədəbiyyat М. М. Абегян, «Альбом», вступительная статья А. Чегодаева, (Москва, 1959) Каменский А., «М. М. Абегян» (Москва, 1966)
Xarici keçidlər Bioqrafiyalar
Kateqoriya:SSRİ rəssamları Kateqoriya:Ermənistan rəssamları Kateqoriya:XX əsr rəssamları