Con Reddi Blek (; 8 yanvar 1826, Şotlandiya – 11 iyun 1880, Yokohama) – Şotlandiya müğənnisi, naşiri, jurnalisti, həvəskar fotoqrafı və yazıçısı. Yaponiyada "Japan Gazette" və "The Far East" qəzetlərinin əsasını qoymuşdur. Onun tərəfindən 1872-ci ildə yaradılmış "Nisshin Shinjishi" qəzeti Yaponiya qəzetlərini Avropa standartları ilə tanış etmişdir.
İlk illəri Con Reddi Blek 1826-cı ildə Şotlandiyada ingilis ailədə doğulmuşdur. Donanma məmuru ailəsində böyüdüyü üçün Londonda yerləşən Krists Hospital məktəbində təhsil almışdır. Lakin donanma məmuru karyerasının ürəyincə olmadığını düşünərək 1854-cü ildə həyat yoldaşı ilə Avstraliyaya köçmüşdür.
Blekin Avstraliyadakı biznes həyatı uğursuzluqla nəticələndikdən sonra müğənni olmağa qərar verərək ingilis koloniyalarında konsertlər verməyə başlamışdır. O, 1864-cü ilin əvvəlində ailəsi ilə Avstraliyanı tərk edərək Hindistana gəlmişdir. Burada bir neçə konsert verdikdən sonra 25 martda Honkonqa çatmışdır. Honkonq konsertləri bəyənildikdən sonra 13 mayda Şanxay şəhərinə gəlmişdir. İyunda Hankou şəhəri üçün yola düşsə də, bu şəhərdə konsert verməsi haqqında məlumat yoxdur. Blek 1864-cü ilin iyulunda ilk dəfə Yaponiyaya gəlmiş və bir sıra çıxışlarla yadda qalmışdır. Sentyabr və ya oktyabr ayında isə Şanxaya qayıtmışdır.
Yaponiyada fəaliyyəti thumb|"The Far East" qəzetinin birinci səhifəsi. 1864–1872 Yaponiyanın ilk ingilisdilli qəzeti olan "Japan Herald" qəzetinin sahibi Albert Hansardın təklifindən sonra Blek 8 noyabr 1864-cü ildə Yokohama şəhərində qayıtmışdır. Hansard 1865-ci ildə "Japan Herald" qəzetini qurduqdan sonra Bleki redaktor kimi işə götürmüşdür. Blek qəzet üçün yazdığı yazılarla tanınmağa başlanmışdır.
"Japan Herald" qəzeti maddi cəhətdən uğurlu olmadığı üçün 1867-ci ildə bağlanmış və Hansard Britaniyaya qayıtmışdır. Buna baxmayaraq, Blek 1867-ci ildə "Japan Gazette" adlı axşam qəzetinin əsasını qoymuşdur. Bu qəzet Yaponiyada davam edən hadisələrə həsr olunmuş ilk gündəlik nəşr idi. Qəzet uğurlu olmuşdur.
Blek 1870-ci ildə "The Far East" adlı iki həftədən bir nəşr olunan qəzet yaratmışdır. Həvəskar fotoqraf olan Blek Yaponiya mədəniyyəti və mənzələri mövzusunda çəkdiyi fotoları bu qəzetdə nəşr edirdi. Qəzetin uğur qazanmasından sonra Blek 1872-ci ildə səhifə sayını 12-yə qaldırmış, 1873-cü ildə isə 40 səhifəlik aylıq jurnala çevirmişdir. Blek 1872-ci ilin yanvarında Tokioda Fransisko da Roza adlı portuqalla tanış olmuşdur. Da Roza ondan yapon dilində qəzet qurmağı xahiş etmişdir. Blek yapon dilində yaxşı oxuya bilmədiyini bildirmiş, yapon dilində yazıb-oxumağı bacaran Da Roza köməyini təklif etmişdir.
Da Rozanın köməkliyi ilə Blek 24 aprel 1872-ci ildə qəzetinin ilk sayını nəşr etdirmişdir. Qəzetin nəşrinə yerli və xarici xəbərlər, baş yazılar və redaktora məktublar daxil idi. Blek hər günün nəşri üçün dörd səhifəlik tabloid yayımlayırdı. "Nisshin Shinjishi" qəzeti siyasətçilər və tələbələr arasında populyar olmuşdur. Qəzetin 225 nüsxəsi Maliyyə Nazirliyi tərəfindən satın alınmışdır.
1872–1880 thumb|Tsukici hotelinin 1868-ci ildə Con Blek tərəfindən çəkilmiş fotosu. Blek həvəskar fotoqrafiya ilə də məşğul olmuşdur.|left|260px Blek yeni qəzetində Yaponiya hökuməti müxalif yazılar paylaşmış və skandallara səbəb olmuşdur. Maliyyə naziri 1873-cü ilin mayında fiskal islahat təklifini təsdiqlədikdən sonra Blek əldə etdiyi gizli sənədi nəşr etdirmiş və səs-küyə səbəb olmuşdur. 1874-cü ildə "Seçilmiş Assembleyanın yaradılması haqqında yazılı açıqlamalar"ı nəşr etdirmişdir. Bu yazı Yaponiyada assembleya hərəkatının başlamasına səbəb olmuşdur.
Hökumət Bleki "Nisshin Shinjishi" qəzetindən uzaqlaşdırmaq üçün assembleyaya məsləhətçi kimi dəvət etmişdir. Blek həvəssiz də olsa, təklifi qəbul etmiş və 1875-ci ildə qanunvericiliyin məsləhətçisi olmuşdur. Bu fürsətdən istifadə edən hökumət xarici şəxslərin yapon dilində qəzet nəşr etməsini qadağa edən qanun qəbul etmişdir. Blek məsləhətçi kimi 2 il işləmək barədə razılaşsa da, 6 ay sonra işdən çıxarılmışdır. "Nisshin Shinjishi" qəzeti 1875-ci ilin dekabrında fəaliyyətini dayandırmışdır.
Blek hökumətə cavab olaraq Tokionun Tsukici xarici yaşayış məntəqəsində adlı lisenziyasız qəzet yaratmışdır. Yaponiya hökuməti bu qəzetin fəaliyyətini dayandırmağa çalışmış və qəzet Yaponiya Xarici İşlər Nazirliyi ilə Britaniya konsulu Harri Smit Parks arasında müzakirə mövzusu olmuşdur. Harri Park Yaponiya ilə münasibətləri yaxşı saxlamaq üçün 1876-cı ildə britaniyalıların Yaponiyada qəzet nəşr etməmələri barədə qərar çıxarmışdır.
Blek həyat yoldaşı ilə Şanxaya getmiş və 1879-cu ildə "The Shanghai Mercury" adlı qəzet yaratmışdır. Lakin xəstələnmiş və müalicə üçün 1879-cu ildə Yaponiyaya qayıtmışdır. O, Yaponiyadakı həyatından bəhs edən memuar yazmağa başlasa da, tamamlaya bilmədən 1880-ci ildə ölmüş və Yokohama əcnəbi qəbiristanlığında dəfn olunmuşdur. Memuarı 1881-ci ildə "Gənc Yaponiya" adı altında iki cild şəklində nəşr olunmuşdur.
Şəxsi həyatı Blek Elizabet Şarlotta adlı qadınla evlənmişdir. 1858-ci ildə Avstraliyanın Adelaida şəhərində Henri adlı oğlu olmuşdur. Cütlüyün ümumilikdə 3 uşağı olmuşdur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Şotlandiya jurnalistləri Kateqoriya:Şotlandiya müğənniləri Kateqoriya:Şotlandiya naşirləri Kateqoriya:Yaponiyadakı Britaniya qürbətçiləri Kateqoriya:Şotlandiya fotoqrafları Kateqoriya:Şotlandiya yazıçıları Kateqoriya:Şotlandiya iş adamları