– Yaponiya modeli, aktrisası və dizayneri. Yaponiyanın ilk moda ikonalarından biridir.

Həyatı Sayoko Yamaquçi 1949-cu ildə Yokohamada doğulmuşdur. Suqino dərziçilik məktəbindən məzun olduqdan sonra model kimi işləməyə başlamışdır. O, 1971-ci ildə Paris kolleksiyası üçün podiuma çıxan ilk yapon model olmuş və bu çıxışından sonra tanınmış Asiya modellərindən birinə çevrilmişdir. 1974-cü ildə "Newsweek" jurnalı onu "dünyanın ən yaxşı dörd modelindən biri" adlandırmışdır. 1970 və 1980-ci illərdə Nyu-York və Parisdə modellik etmişdir.

Yamaquçi Kenzo Takada və Kansay Yamamoto kimi Yaponiya modelyerlərinin şoularında çıxış etmişdir. Yamamoto müsahibələrinin birində bildirmişdi ki, "o, Yaponiya qadınlarının gözəl olduğunu hiss etdirən ilk şəxs olmuşdur". Yamaquçinin kare saç düzümü və uzun dar gözləri Qərb dünyasında Asiya gözəlliyinin simvollarına çevrilmişdir.

Yamaquçi 2007-ci ildə pnevmoniyadan ölmüşdür.

İrsi Tokio Müasir İncəsənət Muzeyində ona həsr olunmuş sərgi təşkil olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya modelyerləri Kateqoriya:Yaponiya fotomodelləri