Çennay ekspresi (ing: Chennai Express, hind: चेन्नई एक्सप्रेस, tam: சென்னை எக்ஸ்பிரஸ்) — Rohit Shetty tərəfindən 8 avqust 2013-cü ildə ekranlaşdırılan Hindistan komediya filmi. Baş rollarda Şah Rukh Khan və Dipika Padukone oynamışdırlar. Film 6 kateqoriya üzrə Filmfare Mükafatlarına namizəd olsa da, heç bir mükafat almamışdır. Film 422 crore (68 milyon dollar) gəlir əldə etmişdir. Çennay ekspresi Hindistanın ən çox gəlir gətirən filmi olmuş və Baykerlər 3 filmi tərəfindən 4 ay sonra bu rekord sındırılana qədər bu adı özündə saxlamağı bacarmışdır.

Süjet xətti

Hələ azyaşlı uşaq olanda Rahul hər iki valideynini ağır avtomobil qəzasında itirib. Yetim böyüyən Rahulu nənə-babası öz himayələrinə götürüb. Ancaq ad günü ərəfəsində sevimli babası gözlənilmədən dünyasını dəyişir. Onun kül halına gətirilmiş nəşini Rameşvarama aparmaq lazım gəlir. Ad günü ərəfəsində Rahul dostları ilə Qoaya istirahətə yollanmağa razılaşmışdı. Ancaq babasının son vəsiyyətini də yerinə yetirmək vacibdir. Nənəsinin heç bir şeydən şübhələnməməsi üçün Rahul Rameşvaram istiqamətində hərəkət edən Çennay sürət qatarına bilet alır. Ora yollanmazdan əvvəl dostları ilə Qoaya baş çəkməyi planlaşdırır. Habelə Mina adlı gözəl qıza rast gəlməsi ilə hərtərəfli düşünülmüş bütün planları alt-üst olur.

İstinadlar Kateqoriya:Mumbay haqqında filmlər Kateqoriya:Maharaştra haqqında filmlər Kateqoriya:Tamilcə filmlər Kateqoriya:Hindcə filmlər Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:Vişal-Şekarın bəstəkarı olduğu filmlər Kateqoriya:UTV Motion Pictures filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Komediya filmləri