Qanku Kişi və ya sadəcə – Yaponiya rəssamı. Kişi rəssamlıq məktəbinin qurucusudur.

Həyatı Qanku 1749-cu ildə Yaponiyanın Kanazava şəhərində doğulmuşdur. 1784-cü ildə Kioto şəhərində Arisuqava ailəsinin malikanəsində xidmət göstərməyə başlamışdır. Daha sonra imperiya sarayında işləməyə başlamış və həyatının son illərində "Eçizen kamisi" tituluna layiq görülmüşdür.

Qanku özünü öyrədən rəssam olmuş və Kano məktəbinin texnikalarını öyrənmişdir. O, Çin rəssamı Şen Tsuandan və Maruyama-Şico məktəbindən təsirlənmişdir. Qankunun stili digər rəssamlıq məktəbləri ilə eklektik olmuşdur. Qankunun oğlu Qantay və onun kürəkəni Qanryo ilə yanaşı, Qanku tərəfindən övladlığa götürülmüş Renzan, Yokoyama Kazan və Şiray Kayo da Kişi məktəbinin rəssamları olmuşdurlar. Bütün bu rəssamlar quş və çiçək rəssamlığında, eləcə də, heyvan rəsmlərində ustalaşmışdırlar. Qanku, xüsusilə, pələng təsvirləri ilə tanınmışdır.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya rəssamları