Ser Cozef Rotblat () — Polşalı, "Britaniya pasportu olan polşalı" kimi tanınan fizik.

İkinci Dünya müharibəsi zamanı Boru ərintiləri və Manhetten layihəsi üzərində işləmiş, Almaniyanın 1942-ci ildə atom bombasının hazırlanmasını dayandırdığı məlum olduqdan sonra Los Alamos laboratoriyasını tərk edib.

Onun nüvə partlayışı ilə bağlı işi 1963-cü il Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsinin ratifikasiyasına böyük töhfə idi. 1955-ci il Rassel-Eynşteyn Manifestini imzalayan Cozef Rotbalt Elm və dünya əlaqələri üzrə Paquoş konfransının baş katibi idi. "Beynəlxalq münasibətlərdə nüvə silahlarının oynadığı rolu azaltmaq və uzunmüddətli perspektivdə bu cür silahları aradan qaldırmaq istiqamətindəki səylərinə görə" Rotbalt 1995-ci il Nobel sülh mükafatına layiq görülüb.

Erkən həyatı Cozef Rotblat 4 noyabr 1908-ci ildə o vaxtkı Polşa çarlığı, Varşavada polyak-yəhudi ailəsində anadan olub. O, bu ailədə dünyaya gələn yeddi uşaqdan biri idi, onlardan ikisi körpə ikən tələf olublar. Atası kareta biznesi olan, torpaq sahibi olub, atlar yetişdirən Ziqmunt Rotblat idi. Uşaqlığı bolluq içərisində keçən Cozefin həyatı Birinci Dünya müharibəsinin başlaması ilə dəyişdi. Sərhədlər bağlandı və ailənin atları rekvizisiya edildi, bu da biznesin uğursuzluğuna və ailəsinin yoxsullaşmasına səbəb oldu. On yaşında Allahın varlığına şübhə ilə yanaşan Rotbalt, sonradan aqnostisizm fəlsəfi görüşünü qəbul etdi..

Rotblatın valideynlərinin onu gimnaziyaya göndərməyə imkanı olmadığı üçün, Rotblat orta təhsilini yerli ravvin tərəfindən tədris olunan xederdə almışdır. Daha sonra texniki məktəbə daxil olub, burada elektrik mühəndisliyi üzrə təhsil alan Rotbalt, 1923-cü ildə bitirib. Məktəbi bitirdikdən sonra Rotblat Varşavada elektrik işləyir, lakin onun arzusu, fizik olmaq idi. 1929-cu ilin yanvarında Polşanın Azad Polşa Universitetinə qəbul imtahanlarında iştirak edir və fizikadan müvəffəqiyyətlə keçsə də, heç bir məlumatı olmayan bir mövzu Milli Maarif Komissiyası haqqında məqalə yazmaqda müvəffəqiyyətsiz olur. Daha sonra Elm fakültəsinin dekanı Lüdviq Vertenşteynə müsahibə verir. Vertenşteyn Parisdə Mariya Küri və Ernest Rezerfordun rəhbərliyi altında Kembric Universitetindəki Kavendiş laboratoriyasında təhsil alır. Vertenşteyn Rotblata burada işləmək təklifini edir.

Rotblat 1932-ci ildə Azad Polşa Universitetində sənət magistri dərəcəsini qazanır. Daha sonra Varşava Universitetinə daxil olan Rotblat 1938-ci ildə fizika üzrə elmlər doktoru olur. Vertenşteynin direktoru olduğu Varşava Elmi Cəmiyyətinin Radioloji laboratoriyasında elmi işçi vəzifəsini tutmuş və 1938-ci ildəAzad Polşa Universitetinin Atom Fizikası İnstitutu direktorunun köməkçisi olmuşdur.

Evliliyi və erkən fizika işi Bu dövrdə Rotblat 1930-cu ildə tələbə yay düşərgəsində tanış olduğu ədəbiyyat üzrə təhsil alan Tola Qrin ilə evlənir.

İkinci Dünya müharibəsi başlamazdan əvvəl o, parçalanma prosesində neytronların buraxıldığını göstərən təcrübələr apardı. 1939-cu ilin əvvəlində o, bu proses zamanı xeyli miqdarda enerji ayrıla biləcəyini, xeyli sayda parçalanmanın baş verə biləcəyini və bunun kifayət qədər qısa müddət ərzində baş verəcəyini nəzərdə tuturdu. O, bu prosesin nəticədə partlayışla nəticələnəcəyini , bir mikrosaniyədən az müddətdə baş verə biləcəyini hesablamağa davam etdi.

1939-cu ildə Vertenşteynin əlaqələri sayəsində Rotblat neytronun kəşfinə görə 1932-ci il Nobel mükafatı laureatı olmuş Ceyms Çadvikin rəhbərliyi altında Parisdə, Liverpul Universitetində təhsil almağa dəvət edildi. Çadvik fundamental nüvə reaksiyalarını öyrənmək üçün "siklotron" adlı hissəcik sürətləndiricisi qururdu və Rotblat da Varşavada oxşar maşın qurmaq istəyirdi, ona görə də Liverpulda Çadviklə işləməyə qərar verdi. Çadvik fundamental nüvə reaksiyalarını öyrənmək üçün "siklotron" adlı hissəcik sürətləndiricisini qururdu. Rotblat Varşavada oxşar maşın qurmaq istədi, ona görə də Liverpulda Çadviklə işləməyəqərar verdi. Həyat yoldaşı ilə yaşamağa maddi gücü olmadığı üçün İngiltərəyə tək getməli oldu.

Bir müddət keçdikdən sonra Çadvik Rotblata təqaüd (Oliver Jozef Lodj təqaüdü) verdi, gəlirini ikiqat artırdı və 1939-cu ilin yayında gənc polyak Tolanı özü ilə geri gətirmək niyyəti ilə evə qayıtdı. Avqustun sonunda Varşavanı tərk etmək vaxtı çatanda, o, appendisitdən əməliyyat olunduğu üçün Varşavada qalmalı oldu, müharibənin başlanması ilə bu proses daha da çətinləşdi. Tola tələyə düşdü və sonrakı aylarda onu Danimarka (Nils Borun köməyi ilə), Belçika və nəhayət İtaliya vasitəsilə çıxarmaq üçün edilən səylər nəticəsiz qaldı, çünki hər bir ölkə öz növbəsində sıra ilə müharibəyə qoşulurdu. O, onu bir daha görməyir; Tola Beljets ölüm düşərgəsi Holokostda öldürülür. Bu hadisə, ömrünün sonuna qədər Rotblata çox pis təsir edir və o, heç vaxt yenidən evlənməyir.

Manhetten layihəsi Hələ Polşada olarkən Rotblat nüvə parçalanmasından atom bombası istehsal etmək üçün istifadə oluna biləcəyini bilirdi. O, əvvəlcə "hər şeyi ağlından çıxarmalı" olduğunu düşünürdü, lakin o, Nasist Almaniyasının nüvə bombasından istifadə etməsinin qarşısını almağın yeganə yolunun İngiltərənin çəkindirici rol oynamasında görürdü. O, Britaniyanın atom bombası layihəsi olan Tube Alloys üzərində Çadvik ilə birgə çalışmışdı.

1944-cü ilin fevralında Rotblat Los Alamos laboratoriyasına Çadvikin Manhetten layihəsinə Britaniyanın hərbi tapşırığı üzrə qatıldı. Layihəyəyə qəlbən qoşulmasa da, Almaniyanın bomba hazırladığı təqdirdə müttəfiqlərin qisas almaqla hədələməsinin lazım olduğuna inanırdı. Manhetten layihəsində çalışmanın əsas şərti ABŞ və ya Britaniya vətəndaşı olmaq idi. Rotblat bu şərti rədd etdi. Los Alamosda, o, polşa-yəhudi alimi Stanislav Martin Ulam ilə dostluq edirdi və onunla polyak dilində söhbət edə bilirdi. Rotblat Eqon Bretşerin qrupunda çalışaraq, nüvə parçalanması nəticəsində yaranan yüksək enerjili qamma şüalarının nüvə zəncirvari reaksiya prosesinə, sonra isə Robert R. Vilsonun siklotron qrupuna müdaxilə edib-etməyəcəyini araşdırdı.

Rotblat belə bir dağıdıcı silah hazırlamaq üçün elmin istifadəsi ilə bağlı böyük şübhələri vardı. 1985-ci ildə o, 1944-cü ilin martında Los Alamosdakı Çadviklərin evindəki şam yeməyində Manhetten layihəsinin direktoru, general-mayor Lesli Riçard Qrovsun "bomba hazırlamaqda əsl məqsədin Sovetləri ram etmək olduğunu ifadə edən sözləri" eşidəndə şok halı yaşadığını söyləyib. Barton Bernşteyn bildirib ki, bu söhbət Rotblatın sadiqliyini yoxlamaq üçün edilib.

1944-cü ilin sonunda Almaniyanın 1942-ci ildə öz bombasının hazırlanmasından imtina etdiyi də aydın oldu. Rotblat daha sonra vicdanı yol vermədiyi üçün bu layihəni tərk edərək, Liverpula dönür.

Çadvik öyrənir ki, təhlükəsizlik rəisinin təhlükəsizlik məruzəsi var və orada Rotblat İngiltərəyə qayıtmaq niyyəti ilə ittiham olunurdu ki, o, atom bombasının sirlərini ötürmək üçün Polşa üzərindən uçaraq Sovet ərazisinə paraşütlə keçə bilsin. O, həmçinin Santa Fedə kimisə ziyarət etməkdə və kommunist hüceyrəsinin formalaşmasını maliyyələşdirmək üçün onlara boş çek verməkdə ittiham olunurdu.

Rotblat məruzədə məlumatların çoxunun uydurma olduğunu sübut edə bilir. Bundan əlavə, Federal Təhqiqat Bürosunun qeydləri göstərir ki, 1950-ci ildə Rotblatın Santa Fedəki dostu Kaliforniyada izlənilir və o, bu hadisəni qəti şəkildə inkar edir; çek heç vaxt nağdlaşdırılmamışdı və müharibə zamanı İngiltərədə çatışmayan əşyaların alınması üçün verilmişdir. 1985-ci ildə Rotblat Vaşinqtondan Nyu-Yorka gedən qatarda "bütün sənədləri" olan qutunun necə itdiyini danışır. Lakin hazırda Çörçill Arxiv Mərkəzində saxlanılan Los Alamosdan Rotblatın çoxlu sayda şəxsi sənədlərinin olması "Rotblatın hadisələrlə bağlı izahatı ilə tamamilə ziddiyyət təşkil edir".

Nüvə partlayışı Rotblat Liverpul Universitetində baş müəllim və nüvə fizikası üzrə tədqiqat direktoru vəzifəsini icra etmək üçün Britaniyaya qayıtdı. O, 8 yanvar 1946-cı ildə Britaniya vətəndaşlığına qəbul edilib. Ailə fərdlərinin çoxu müharibədən sağ çıxmışdı. Polşalı bir nəfərin köməyi ilə qaynı Meçislav (Mitek) Pokorni Rotblatın bacısı Eva və qardaşı qızı Halina üçün saxta polyak katolik kimlikləri düzəldir. Eva, Rotblat kimi yəhudi dili ilə yanaşı polyak dilini də mükəmməl bilən sarışın olmasından istifadə edərək ailənin qalan fərdlərini də Varşava gettosundan qaçırır. Mitek, Rotblatın qardaşı Maykl və Mayklın həyat yoldaşı Manya, Rotblatın anası Şeyndel və iki rus əsgəri Otvok yaxınlığındakı evin altındakı gizli bunkerdə yaşayırdılar, burada Eva və Halina polşalı ailə ilə yaşayırdı. Varşava gettosu üsyanı zamanı şahid olduğu Polşa antisemitizminin nümayişi Evanı Polşaya qarşı çıxmağa məcbur buraxdı və o, ailəsinin İngiltərəyə köçməsinə kömək etmək üçün Rotblata müraciət etdi. Buna görə də o, onların Polşadan çıxmaları üçün Çadvikin Britaniya vətəndaşlığı təklifini qəbul etdi. Tam yerləşməzdən əvvəl onlar onunla bir müddət Londonda yaşadılar. Halina Somervill Kollecini və London Universitet Kollecini bitirib Milli Bioqrafiya lüğətinin redaktoru olacaqdı.

Rotblat Yaponiyaya qarşı atom silahının istifadəsini qəbul etmədi və bütün atom tədqiqatlarına üç illik moratorium qoymağa çağırdığı bir sıra açıq mühazirələrlə çıxış etdi. Rotblat, tədqiqatının yalnız dinc məqsədlərlə nəticələnəcəyinə əmin idi və buna görə də radiasiyanın tibbi və bioloji istifadəsi ilə maraqlanırdı. 1949-cu ildə London Universiteti ilə əlaqəli tədris xəstəxanası olan Müqəddəd Varfolomey hospitalında ("Barts") fizika professoru oldu. O, karyerasının geri qalan hissəsində də burada çalışıb, 1976-cı ildə fəxri professor oldu. O, 1950-ci ildə Liverpulda "Mənbədən buraxılan neytronların sayının təyini" mövzusunda dissertasiya işini yazaraq namizədlik dissertasiyasını almışdır. O, həmçinin nüvə fizikası ilə bağlı bir neçə rəsmi orqanla işləmiş və mülki nüvə enerjisi üzrə məktəblər üçün böyük səyyar sərgi olan Atom Qatarını təşkil etmişdir.

Müqəddəd Varfolomey hospitalında Rotblat radiasiyanın canlı orqanizmlərə, xüsusən yaşlanma və məhsuldarlığa təsiri üzərində işləyirdi. Bu, onu nüvə partlayışına, xüsusən stronsium-90 və ionlaşdırıcı şüalanmanın təhlükəsiz hədlərinə maraq göstərməsinə səbəb oldu. 1955-ci ildə o, nümayiş etdirdi ki, Birləşmiş Ştatlar tərəfindən Bikini Atollunda Kasl Bravo nüvə sınağından sonra dağıntılar nəticəsində yaranan çirklənmə rəsmi olaraq elan ediləndən daha çox olub. O vaxta qədər rəsmi xətt belə idi ki, atom bombalarının gücünün artması, buraxılan radioaktivliyin ekvivalent artımı ilə müşayiət olunmurdu. Yapon alimləri, Uğurlu əjdaha gəmisi adlı balıqçı gəmisindən məlumat topladılar. Rotblat bombanın üç mərhələli olduğu qənaətinə gəlir və partlamanın sonunda parçalanma mərhələsinin radioaktivliyin miqdarını qırx dəfə artırdığını bildirir. Onun məqaləsi media tərəfindən qəbul edilir və Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsi ilə atmosfer sınaqlarının sona çatması ilə nəticələnən ictimai müzakirələrə töhfə verir.

Sülh işi