Züfər ibn əl-Hüzeyl əl-Ənbari ət-Təmimi (; ) — müsəlman hüquqşünası və hədis üzrə mütəxəssis, Əbu Hənifənin tələbəsi.
Həyatı Züfər ibn əl-Hüzeyl İraqda anadan olub. Onun doğulduğu yer dəqiq bilinmir, lakin bəzi tarixçilər bunun böyük ehtimalla Kufədə baş verdiyinə inanırlar. Atası əl-Hüzeyl ibn Qeys məşhur ərəb qəbiləsindən olan Təmim tayfasından idi. Qısa müddət ərzində İsfahan şəhərində Əməvi xəlifəsi Yezid ibn əl-Vəlidin valisi vəzifəsində çalışmışdır. Onun üç oğlu olduğu bildirilir: Züfər, Hərsəmə və Kövsər. Züfər adı ərəbcə "igid", mənasındadır və bəzən "səxavətli" mənasında da işlənir.
Züfər 48 yaşında vəfat etmişdir. Əbu Hənifənin vəfatından sonra cəmi səkkiz il yaşasa da, məzhəbinin inkişafı və yayılmasında böyük xidmətləri olmuşdurİslam Alimleri Ansiklopedisi. Türkiye Gazetesi Yayınları. İstanbul, 1984. Т. 3. С. 19–20..
Züfər imkanlı ailədə böyüyüb, yaxşı təhsil alıb və özünü dini elmlərə həsr etmək imkanı qazanıb. O, uşaq ikən Quranı əzbərləyir və kufi üləmasının dərslərində iştirak edir, Məhəmməd peyğəmbərin hədisini öyrənirdi. Müəllimləri Süleyman ibn Mehran əl-Əməş, Yəhya ibn Səid əl-Ənsari, İsmayıl ibn Əbu Xalid, Məhəmməd ibn İshaq, Əyyub əs-Sixtiyani və başqaları idi. Ailəsi ilə birlikdə İsfahana köçdükdən sonra elmini dərinləşdirir və ilahiyyat sahəsində tanınır. Etibarlı hədisləri zəif hədisləri ayıran əla yaddaşa malik idi və ləğv edilmiş hədisləri yaxşı bilirdi. İsfahanda bir çox hədis alimləri, o cümlədən görkəmli ilahiyyatçı Vəki ibn əl-Cərrah onun sözlərindən hədisləri təkrarlayıblar.
Kufəyə qayıdan Züfər yerli üləma ilə sıx əlaqə qurur və İraqın ən hörmətli fəqihlərindən biri olan Əbu Hənifənin dərslərində iştirak etməyə başlayır. Hədis alimlərinin ənənələri ilə yetişmiş, özünü fiqh elminə həsr etmiş və iyirmi il Əbu Hənifəni müşayiət etmişdir. O, bəsirət və zəka sayəsində fiqhdə böyük uğurlar qazanmış, çətin suallara belə dolğun cavablar vermişdir. Əbu Hənifə onu yüksək qiymətləndirmiş və onu tələbələrinin ən yaxşısı adlandırmışdırТаки ад-Дин ибн ‘Абд аль-Кадир. Ат-Табакат ас-саниййа. С. 128.. Əbu Hənifənin vəfatından sonra onun tərəfdarlarının əksəriyyəti Züfərin dərslərində iştirak etməyə başlayır və onlardan yalnız bir neçəsi əbu Hənifənin digər tələbəsi Əbu Yusufun ətrafına toplaşır.
Züfər ömrünün son illərini Bəsrədə keçirmiş və qardaşının vəsiyyəti məsələsi ilə oraya gəlmişdir. Bəsrəlilər onun elminə heyran qalmış və ondan şəhərdə qalmasını istəmişlər. Yeni yerdə məskunlaşaraq müəllimlik etməyə başlamış və bir müddət qazi vəzifəsini tutmuşdur. O, Əməş, İsmayıl ibn Əbu Xalid, Əbu Hənifə, Məhəmməd ibn İshaq, Həccac ibn Ərtə və başqa alimlərin sözlərindən hədislər nəql etmişdir. Öz növbəsində, onun sözlərindən hədisləri Həsən ibn İbrahim əl-Kərmani, Əksam ibn Məhəmməd, Əbdülvahid ibn Ziyad, Əbu Nueym əl-Mulai, Numan ibn Əbdüssalam ət-Taimi, əl-Həkəm ibn Əyyub və başqaları nəql etmişdir.
Züfər müctəhid və hənəfi məzhəbinin imamlarından sayılır. Məhəmməd peyğəmbərin hədislərindən aydın dəlil olmayan məsələlərdə qiyasdan istifadə etməyə icazə vermişdir. Əgər hər hansı bir məsələdə hökm verərkən hədis tapsa, hədisi rəhbər tutmuş və qiyas etməmişdirАз-Зирикли, Хайрад-Дин. аль-Алам. Т. 3. С. 45.. Müəllimi Əbu Hənifənin metoduna əsaslansada, bir sıra məsələlərdə onunla ixtilafda olmuşdur.
Züfərin fəaliyyəti İbn Əbdülbərr, Yəhya ibn Main, İbn Hibban, İbn Həcər əl-Əsqəlani və başqaları kimi məşhur İslam ilahiyyatçıları tərəfindən yüksək qiymətləndirilmişdir.
İstinadlar
Kateqoriya:Hənəfilər Kateqoriya:Sünni imamları Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Müctəhidlər