thumb|300x300px|Hind-İran xalqlarının hind qolunun köçləri ilə bağlı arxeoloji mədəniyyətlər. Andronovo mədəniyyəti qırmızı, Margiyana mədəniyyəti narıncı, Yaz mədəniyyəti sarı, Qandhara mədəniyyəti al qırmızı, H qəbiristanlıq mədəniyyəti bənövşəyi, Mis dəfinə mədəniyyəti tünd göy rənglə, boz boyalı dulusçuluq mədəniyyəti açıq mavi rəngdə vurğulanır.
Hind-ari köçləri — hind-avropalıların tarixdən əvvəlki dövrdə Hindistana hipotetik köçləri. Nəzəriyyəyə görə, onlar Hindustanın şimal-qərbində (müasir Pakistan ərazisi) məskunlaşıbmış, sonra Hindistanın şimal hissəsinə yayılmışdılar. Arilərin Hindistana ilk köçlər ilə bağlı fərziyyələr əsasən linqvistik dəlillər,The Quest for the Origins of Vedic Culture: The Indo-Aryan Migration Debate, Edwin Bryant, 2001 eləcə də ilkin Hind-Avropa tayfalarının silahlarına xas olan qədim Hindistanda veda dini, ritualları, poeziyası, ictimai təşkilatı və döyüş arabalarının yayılmasının etnoqrafik təhlili əsasında formalaşmışdır. Eyni zamanda, 2000-ci illərdə aparılan bir sıra genetik tədqiqatların nəticələri göstərir ki, yeni gələn əhalinin Hindustan əhalisinin genofonduna verdiyi töhfə çox əhəmiyyətlidir. Odur ki, R1a1 haploqrupunun daşıyıcıları Hindistanın yuxarı kastalarında, məsələn, kşatriyalar və brahmanlarda 46%-ə çatır. Hindistan və Mərkəzi Asiya əhaliləri üçün bəzi Y-xromosom haploqruplarının ümumiliyi onların qədim qonşuluğu ilə (Şərqi Avropa R1a haploqrupu vəziyyətində), ya da buzlaq və buzlaqdan sonrakı dövrlərə aid Hind-ari köçlərindən çox daha qədim olması ilə izah olunur.
Antik dövrdə Hindistana köç etmiş hind-arilər mənşəyi Tunc dövrü Sintaşta yaşayış məskəni və Xəzər dənizinin şərqindəki Andronovo arxeoloji mədəniyyəti ilə əlaqəli olan protohind-İran tayfalarının bir hissəsi idi. Köçlər dövrü Hindistanda Tunc dövrünün ortalarına, axırlarına və son Harrapan sivilizasiyasına (e.ə. 1700–1300) təsadüf edir.
Ari istilası nəzəriyyəsi Ari istilası nəzəriyyəsi — tarixdən əvvəlki Cənubi Asiyada tunc dövrü hind-ari miqrasiyalarının müzakirələrində istifadə edilən mübahisəli termin. Bu, adətən hind-ari dillərində danışanların təxminən e.ə. 1500-cü ildə qərbdən Hind vadisi ərazisini "istila etməsi" fikrinə istinad edir. Bu işğaldan sonra sanskrit dili və veda mədəniyyəti Hindistana yayılmışdır.
Bu xüsusi terminin nə vaxt və kim tərəfindən işləndiyi dəqiq məlum deyil, lakin bu, XIX əsrdə Avropada işlənmiş nəzəriyyələrdən irəli gəlir.Sir William Jones, The Third Anniversary Discourse, On the Hindus. Polemik bir termin olaraq, hər biri əks nəzəriyyənin arxasında irqi, siyasi və ya müstəmləkə motivlərini irəli sürən "Yerli ari nəzəriyyəsi" ilə qarşı-qarşıya qoyulur.The Quest for the Origins of Vedic Culture : The Indo-Aryan Migration Debate by Edwin Bryant [page reference needed]
İstila modelinə ən çox dəstək XIX əsrin sonundan XX əsrin ortalarına qədər davam etmişdir. Bu dövrdə bəzi alimlər insan miqrasiyasının zorakı tərəflərini vurğulasa da, digərləri diffuzionizmi müdafiə edirdilər. Bu, həm də irqi nəzəriyyələrlə, xüsusən də istilaçıların açıq dərili olduqları və hakim kastalar kimi özlərini yerli hindlilərin üzərinə qoyduğu fikri ilə əlaqələndirilmişdir.Ambdekar, 1946, Who were the Shudras
İstilanın hərbi əməliyyatdan daha çox yavaş miqrasiyaya bənzədiyinə dair bir az fərqli fikir bəzən "ari köç nəzəriyyəsi" kimi istinad edilir, baxmayaraq ki, iki termin həmişə aydın şəkildə fərqlənmir. Güclü istilaçı ssenarilər, əksəriyyəti qeyri-hərbi miqrasiyanın baş verdiyinə inanan müasir alimlər tərəfindən geniş şəkildə rədd edilir. Modelin irqçi təsirlərinə görə, "ari istilası" ifadəsi indi tez-tez yalnız Hindistana hind-ari miqrasiyasının müasir nəzəriyyəsinin sələflərinə istinad etmək üçün istifadə olunur.
İstinadlar
Əlavə ədəbiyyat
Горшунова О. В. До того как сказал Заратустра… Индоевропейская экспансия и религиозный кризис в Средней Азии в период поздней бронзы // Религия в XXI веке: Архаика и современность. Москва: Каллиграф, 2012. Сс. 119—137. — ISBN 978-5-903630-21-9. Клостермайер К. Вопросы теории арийского вторжения и пересмотр истории Древней Индии . . .
. . . Chakrabarti, D.K. The Early use of Iron In India. Dilip K. Chakrabarti.1992. New Delhi: The Oxford University Press. Chakrabarti, D.K. 1977b. India and West Asia: An Alternative Approach. Man and Environment 1:25-38. . Dhavalikar, M. K. 1995, «Fire Altars or Fire Pits?», in Sri Nagabhinandanam, Ed V Shivananda and M. K. Visweswara, Bangalore. . . . . Fussman, G.; Kellens, J.; Francfort, H.-P.; Tremblay, X.: Aryas, Aryens et Iraniens en Asie Centrale. (2005) Institut Civilisation Indienne ISBN 2-86803-072-6 .
. Kak, Subhash. The Astronomical Code of the Rigveda; Munshiram Manoharlal Publishers Pvt. Ltd (2000), ISBN 81-215-0986-6 . Klaus Klostermaier. 1989. A Survey of Hinduism. Albany: State University of New York Press.
. Lal, B.B., (1984) Frontiers of the Indus Civilization.1984. Lal, B.B., (1998) New Light on the Indus Civilization, Aryan Books, Delhi 1998 Lal, B.B. 2005. The Homeland of the Aryans. Evidence of Rigvedic Flora and Fauna & Archaeology, New Delhi, Aryan Books International. Lal, B.B. 2002. The Saraswati Flows on: the Continuity of Indian Culture. New Delhi: Aryan Books International . . Pargiter, F.E. 1979. Ancient Indian Historical Tradition. New Delhi: Cosmo.
. S. R. Rao. The Aryans in Indus Civilization. 1993 . Sethna, K.D. 1992. The Problem of Aryan Origins. New Delhi: Aditya Prakashan. ISBN 81-85179-67-0 . . Thapar, Romila. 1966. A History of India: Volume 1 (Paperback). ISBN 0-14-013835-8 . . . . . .
Kateqoriya:Cənubi Asiya tarixi Kateqoriya:Asiya tunc dövründə Kateqoriya:Hind-Avropalılar Kateqoriya:Hind-ari xalqları Kateqoriya:Atlı xalqlar