Boris Aleksandroviç Aleksandrov (; ) — SSRİ və Rusiya bəstəkarı, xor dirijoru, xormeysteri, müəllimi. Sosialist Əməyi Qəhrəmanı (1975), SSRİ Xalq artisti (1958), "Lenin" mükafatı (1978) və 1-ci dərəcəli "Stalin" mükafatı laureatı (1950). Üç "Lenin" ordeni kavaleri (1949, 1967, 1975). General-mayor (1972).Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред. С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт.
Həyatı 1943-cü ildən Sov. İKP üzvü. Bəstəkar Aleksandr Aleksandrovun oğludur. 1929-cu ildə Moskva Konservatoriyasını (R. M. Qlierin kompozisiya sinfi üzrə) bitirmişdir. Sovet Ordusu Mərkəzi Teatrında dirijor və musiqi hissəsinin müdiri işləmişdir. 1937-ci ildən Aleksandrovun fəaliyyəti Sovet Ordusu Qırmızıbayraqlı Mahnı və Rəqs Ansamblı ilə bağlıdır. Əvvəllər dirijor, 1946-cı ildən isə (atasının ölümündən sonra) ansamblın bədii rəhbəridir. "Barselonalı qız" (1942) operettasının, "Levpa" (1955) baletinin, bir çox mahnının (o cümlədən "Qələbə nəğməsi", "Yaşasın bizim hakimiyyət") və s. əsərlərin müəllifidir. Xalq mahnılarından, əsasən, Ukrayna xalq mahnı intonasiyalarından istifadə edərək yazdığı "Malinovkada toy" operettası (1937, 1968-ci ildə ekranlaşdırılmışdır) məşhurdur.
İstinadlar
Xarici keçidlər
Биография Б. А. Александрова Александров на сайте Министерства Обороны (архивная копия)
Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ kişi bəstəkarları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:SSRİ dirijorları Kateqoriya:SSRİ general-mayorları Kateqoriya:Rusiya bəstəkarları Kateqoriya:Rusiya film bəstəkarları Kateqoriya:Rusiya klassik musiqiçiləri Kateqoriya:Operetta bəstəkarları