"Əlcəzair xalqının manifesti"Fransızların Əlcəzairdə Setif qətliamı . — 10 fevral 1943-cü ildə Fərhad Abbas tərəfindən yayımlanmış, "Əlcəzair milləti" üçün yeni statusun verilməsini tələb edən və 28 seçilmiş müsəlman səlahiyyətlisi tərəfindən imzalanmış manifest.Charles-Robert Ageron, Ferhat Abbas et l’évolution de la politique de l’Algérie musulmane pendant la Seconde Guerre mondiale, Revue d’histoire maghrébin, 1975
Manifest müstəmləkəçiliyi pisləyir və Əlcəzair xalqının özünü idarə etmək hüququnu təsdiq edir. Burada irqindən və dinindən asılı olmayaraq bütün insanların azadlıq və bərabərliyinə təminat verən konstitusiya layihəsinin hazırlanmasını, ərəb dilinin fransız dili ilə eyni statusa malik rəsmi dil kimi tanınmasını, kilsə ilə dövlətin ayrılması ilə dini etiqad azadlığı tələb edilir. Manifestin əlavə hissəsi müharibənin sonunda Əlcəzair Məclisinin yaradılmasını tələb edir.Jean-Pierre Peyroulou, Guelma,1945. La Découverte, 2009, passage 41,
Mətn həm Məssali Hacının, həm də Fərhad Abbasın davamçılarının nailiyyətlərini təcəssüm etdirir. Bu, Bencamin Storanın ifadəsinə görə, Əlcəzair xalqının siyasi əksəriyyətini müəyyən edir.Benjamin Stora and Zakya, Ferhat Abbas une utopie algérienne. Denoël, 1995, passage 121,
İstinadlar
Kateqoriya:Əlcəzair milliyətçiliyi Kateqoriya:1943-cü ildə yarananlar