– Yaponiya şairi və mahnı yazarı. Yazıçı Sato Korokunun oğludur.
Həyatı Sato Haçiro 1903-cü ildə Tokio şəhərində doğulmuşdur. O, gənclik illərində nadinc şagird olmuş, hətta 8 dəfə məktəb dəyişdirmiş, orta məktəbi bitirməkdə 3 dəfə müvəffəqiyyətsiz olmuşdur.
Haçiro 16 yaşında şeirlər yazmağa başlamışdır. 1926-cı ildə "Dırnaq rəngli yağış" ("Tsumeiro no ame") adlı ilk şeirlər kolleksiyası nəşr olunmuşdur. Tokionun Şitamaçi bölgəsində yaşayan aşağı təbəqədən insanlar haqqında yazılar yazması onu şair kimi məşhurlaşdırmışdır. O, populyar mahnılar da yazmağa çalışmış, "Gözəllik mahnısı" (1930, "Reycin no uta") və "Səni çağıranda" (1935, "Anata to yobeba") kimi mahnıların müəllifi olmuşdur. İkinci dünya müharibəsindən sonra yazdığı "Alma mahnısı" ("Rinqo no uta") və "Naqasaki zəngi" ("Naqasaki no kane") mahnıları çox populyar olmuşdur.
"Hanaşi no izumi" (1946–64) adlı NHK radio verilişindən etibarən aktiv televiziya və radio şəxsiyyəti olmuşdur. İkinci dünya müharibəsindən sonrakı poeziya yaradıcılığına "Mən kiçik payız tapdım" (1954, "Çiisay aki mitsuketa") və "Ana" (1961–63, "Okasan") adlı 3 cildlik şeirlər kolleksiyası aiddir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Yaponiya şairləri Kateqoriya:Yaponiyanın mahnı yazarları Kateqoriya:Tokioda doğulanlar