Şəyyad Həmzə — XIII əsr türk sufi şairi. O, Akşehir və Sivrihisarda yaşamışdır. Şəyyad Həmzə əvvəllər şəyyad (hörgü ustası) ikən əxi qrupları ilə əlaqəsi sayəsində təriqət dairələrinə də daxil olmuş, bu arada xalqa şeirlər söyləmişdir.
Yaradıcılığı Şəyyad Həmzə heca və əruz vəzni ilə şerlər oxuya bilən, islam mədəniyyətinə bələd olan səyyar bir mütəsəvvifdir. Hecalarla yazılan şeirləri poeziya baxımından gözəldir. Əruzla yazdığı şeirləri o qədər də uğurlu alınmamışdır. Bundan başqa, şeirlərində türk şeirinin təməlindən sətirlər var. Klassik şeirlərində, xüsusən də nətlərinə önəm verilir. Bu şeirlərdə ərəb, fars və islam mədəniyyətinə dair güclü biliklər üstünlük təşkil edir.
Şəyyad Həmzənin beş məsnəvisi və başqa şeirləri məlumdur.Tavukçu, Orhan Kemal (2010) "Şayyad Hamza" Turkiye Diyanet Vakfi İslâm Ansiklopedisi. c.39 say. 104-105 Online:
İstinadlar
Kateqoriya:Osmanlı şairləri Kateqoriya:XIII əsr şairləri Kateqoriya:Türkiyə sufiləri Kateqoriya:Osmanlı divan şairləri