və ya dini adı ilə – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi.
Həyatı Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir.
Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur.
Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur.
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Samuraylar Kateqoriya:Yaponiya şairləri