Marqaret Senqer (; ) – ABŞ-də doğuma nəzarət hərəkatının lideri.
Həyatı 1879-cu ildə Nyu-York ştatının Korninq şəhərində doğulmuşdur. 1966-cı ildə Arizona ştatının Tuson şəhərində ölmüşdür.
Yaponiya 1921-ci ilin iyununda Senqerin müəllifi olduğu bir məqalə Yaponiyanın "Kaizo" jurnalında çap olunmuşdur. Nəşriyyatın dəvəti ilə 1922-ci ilin martında Yaponiyaya gələrək burada bir sıra mühazirələr vermişdir. Polis tərəfindən ciddi şəkildə izlənilsə də, Tokio və Yokohamada 8 mühazirə verə bilmişdir. Lakin müxalifəti nəzərə alaraq Kioto, Osaka və Kobedə planlaşdırdığı mühazirələri verməmiş, Yaponiyanı aprel ayından erkəndən tərk etmişdir.
Senqerin Yaponiyadakı fəaliyyəti böyük marağa səbəb olmuş və Yaponiyada doğuma nəzarət hərəkatının yaranmasına təkan vermişdir. Hamiləliyin qarşısını almaq yollarından bəhs etdiyi "Ailə məhdudiyyəti" traktatı Yamamoto Senci tərəfindən tərcümə edilərək nəşr olunmuşdur. 1954-cü ildə ikinci dəfə Tokioya səyahət edərək Yaponiya Ailə Planlaşdırması Federasiyasının quruluş mərasimində iştirak etmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ aktivistləri Kateqoriya:Doğuma nəzarət aktivistləri Kateqoriya:Sosialistlər Kateqoriya:Feministlər Kateqoriya:Qadın hüquqları aktivistləri Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ sosialistləri Kateqoriya:ABŞ ateistləri