"Do I Wanna Know? – ingilis rok qrupu Arctic Monkeys-in Aleks Törner tərəfindən yazılmış mahnısı. 19 iyun 2013-cü ildə Domino Recording Company tərəfindən AM adlı beşinci studiya albomundan ikinci sinql olaraq buraxılmışdır. iTunes-da rəqəmsal endirmə və musiqi videosu ilə bərabər yayımlandı. Sinql kimi buraxılmazdan əvvəl mahnının premyerası qrup tərəfindən 2013-cü ilin may ayında AM Tour-da canlı ifa edildi və burada o, tez-tez açılış treki kimi səsləndirildi.

"Do I Wanna Know?" Böyük Britaniya Singles Chart-da 11-ci yerə yüksəldi, bir sıra digər ölkələrdə pillələrə düşdü, ABŞ-də Billboard Hot 100 hitlərinə daxil olan ilk Arctic Monkeys mahnısı oldu və 2014-cü ilin martında 70-ci yerə yüksəldi. Mahnı 2015-ci ildə 57-ci Grammy Mükafatlarında Ən Yaxşı Rok Performansına namizəd oldu. 2019-cu ilin dekabrında mahnı Guitar World-un onilliyin ən yaxşı 20 gitara rifi siyahısında üçüncü yeri tutdu.

Kateqoriya:2013-cü ilin sinqlları Kateqoriya:2013-cü ilin mahnıları