"Kotaku" — bloq tipli ABŞ videooyun veb saytı. Sayt müxtəlif platformalar və janrlar üçün videooyunlarda ixtisaslaşmışdır. "Kotaku" saytı "G/O Media"ya məxsusdur.
Allure Media" 2007-ci ilin avqustunda "Kotaku Australia" veb-saytını istifadəyə vermişdir. Bu sayt həm "Kotaku"dan lisenziyalı məzmundan, həm də özünə malik eksklüziv məzmundan istifadə edir.
Tarixi "Kotaku.com" domeni 4 mart 2002-ci ildə qeydiyyata alınışdır. Saytın özü 4 oktyabr 2004-cü ildə fəaliyyətə başlamışdır.
Mükafatlar "Kotaku" saytı "CNET Networks"in dünyanın 100 ən yaxşı və ən populyar bloqları siyahısına daxil edilmişdir. Bundan başqa, 2009-cu ilin may ayına olan məlumata görə, sayt "Technorati"nin ən populyar 100 bloq siyahısında 34-cü yerdədir.
"Kotaku" digər 28 saytla birlikdə "Game Critics Awards: Best of E3 2009"un qalibini müəyyən edən münsiflər heyətinə daxil olmuşdur.
İstinadlar
Xarici keçidlər Домашняя страница Информация о Kotaku.com на сайте Mahalo Информация о Kotaku.com на сайте AboutUs Информация о Kotaku.com на сайте Pc-gaming.ru
Kateqoriya:ABŞ veb-saytları Kateqoriya:Videooyun saytları Kateqoriya:2004-cü ildə ABŞ-də yarananlar Kateqoriya:2004-cü ildə yaranan saytlar Kateqoriya:Videooyun xəbər saytları