Artsrun Abrahami Abrahamyan (; ) — Ermənistan kimyaçısı, kimya elmləri doktoru (1971).

Həyatı Artsrun Abrahami Abrahamyan 25 oktyabr 1909-cu ildə Osmanlı imperiyası ərazisində, Ərcişdə anadan olmuşdur. O, İrəvan Pedaqoji (1931) və Politexnik (1936) institutlarını bitirmişdir. Abrahamyan 1941–1958-ci illərdə Kənd Təsərrüfatı İnstitutunun ümumi kimya kafedrasına, 1958-ci ildən Ermənistan SSR Üzvi Kimya İnstitutunun fiziki-kimya və üzvi analiz laboratoriyasına rəhbərlik etmişdir.

Abrahamyan Ermənistanda pemza və tufların adsorbsiya xassələrinin öyrənilməsi və üzvi materiallarda karbon, hidrogen, halogen, kükürd, civə və digər elementlərin mikroanaliz üsullarının işlənib hazırlanması ilə məşğul olmuşdur.

İstinadlar

Kateqoriya:Ermənistan alimləri Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri