Essenilər (, İsiyim; ) — e.ə. II əsrin əvvəlində Fələstində formalaşmış yəhudi dini təriqəti.
Tarixi Essenilər barədə məlumata İosif Flavi, Filon İsgəndəriyyəli və Böyük Plininin qeydlərində rast gəlinir. Essenilərin Makkabi üsyanından (e.ə. 167–164) qabaqkı hasidilərin davamı olması ehtimalı var. Essenilərlər özünü yəhudi cəmiyyətindən tam təcrid etməyib təbliğatla məşğul olan mötədil qola və "dünyəvi həyat"dan tamamilə uzaqlaşıb Ölü dənizin şimal-qərb sahillərində, Qumranda məskunlaşan radikal qola ayrılırdılar. Radikal essenilər çox vaxt Qumran icması ilə eyniləşdirilir. E.ə. 70 ildə müqəddəs məbəd romalılar tərəfindən dağıdıldıqdan sonra essenilər tarix səhnəsindən silinmiş, ehtimal ki, aralarında erkən yəhudi xristianlarının da olduğu digər yəhudi qrupları arasında assimilyasiyaya məruz qalmışlar. Essenilər fariseylər və sadukeylərdən fərqli olaraq, məbədə getmirdilər. Onlar asketik həyat tərzi keçirir, ailə qurmurdular. Musanın qanunlarına (xüsusilə Əhdi-ətiqdəki Levililər kitabına) və təmizlik ritualına (dəstəmaz, yalnız icmada hazırlanan "təmiz" qida) ciddi riayət edir, şabata xüsusi diqqət yetirirdilər. Qurban kəsməyi, silah hazırlamağı, ticarətlə məşğul olmağı, ət yeməyi haram hesab edirdilər. İcmaya yeni üzv üçillik ağır sınaqlardan sonra qəbul olunur, qovulmuş üzv aclıqdan ölümə məhkum edilirdi. Özlərini "işıq oğulları" hesab edən essenilər axirətin yaxın olduğuna, tezliklə işığın qələbəsi ilə başa çatacaq işıq-zülmət müharibəsinin başlanacağına inanırdılar.
İstinadlar
Əlavə ədəbiyyat
Vermes, Geza; Goodman, Martin. The Essenes According to the Classical Sources. JSOT on behalf of the Oxford Centre for Postgraduate Hebrew Studies: Sheffield, 1989.
Xarici keçidlər
Catholic Encyclopedia: Essenes Jewish Encyclopedia: Essenes Essenes and Others: argues that the Hebrew original form of the name later spelled "Essenes" is in some Qumran scrolls as a self-designation. "Jannaeus, His Brother Absalom, and Judah the Essene" Stephen Goranson, identities of Wicked Priest and Teacher of Righteousness, relevant to history of the Essenes Thematically compiled comparison of the parallels in the ancient sources The Digital Dead Sea Scrolls/ Essenes
Kateqoriya:Yəhudi dini hərəkatları Kateqoriya:Ezoterik məktəblər Kateqoriya:Asketizm Kateqoriya:Apokaliptisizm Kateqoriya:Din tarixi Kateqoriya:Xristianlıq tarixi Kateqoriya:Xristian terminologiyası Kateqoriya:İudaizmlə əlaqəli mübahisələr Kateqoriya:Asketlər Kateqoriya:Messianizm