Məhəmməd Abdullayev () — Azərbaycanı təmsil edən boksçu.
Karyerası Məhəmməd Abdullayev 2016-cı ilin noyabrında Rusiyanın St. Peterburq şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurub. 2017-ci ildə Antalya şəhərində U-18 Avropa Çempionatının qalibi olan Məhəmməd Abdullayev 2019-cu ildə Vladiqafqaz şəhərində U-22 Avropa Çempionatının da qızıl medalına sahib olub.
Məhəmməd Abdullayev 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Petar Belberova məğlub olub (1:4) və mübarizəsini dayandırıb.
Məhəmməd Abdullayev 2019-cu ildə Rusiyada baş tutan Dünya Çempionatında çıxış edib. Turnirin 1/16 final mərhələsində Çin nümayəndəsi Bayihevuzi Danabieheya 4:1, 1/8 final mərhələsində isə Misir təmsilçisi Yusri Hafeza 3:2 hesabı ilə qalib gələn Məhəmməd Abdullayev, 1/4 final mərhələsində Avstraliya nümayəndəsi Custin Huniyə məğlub oldu (0:5) və mübarizəsini başa vurub.
2020-ci ilin martında isə Məhəmməd Abdullayev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparıb. COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salınıb. Turnirin 1/8 final mərhələsində Polşa nümayəndəsi Adam Kulihi 5:0, 1/4 final mərhələsində isə Ukrayna təmsilçisi Tsotne Rogavanı 4:1 hesabı ilə məğlub edən Məhəmməd Abdullayev, 1/2 final mərhələsində Fransa nümayəndəsi Murad Əliyevə məğlub olsa da (WO) turniri bürünc medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu və 2021-ci ilin avqustunda Azərbaycanı XXXII Yay Olimpiya Oyunlarında təmsil edib.
XXXII Yay Olimpiya Oyunları 2021-ci ilin 22 iyul-8 avqustunda Yaponiyada baş tutdu. Olimpiya Oyunlarında debüt edən 22 yaşlı Məhəmməd Abdullayev isə turnirin 1/16 final mərhələsində Bəhreyn nümayəndəsi Denis Lətifov ilə üz-üzə gəlib. Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə 3:1 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə keçib. İyulun 29-da isə Məhəmməd Abdullayev 1/8 final mərhələsində Asiya və Dünya Çempionatlarının qalibi Özbəkistan nümayəndəsi Bəxtiyar Cəlolov ilə üz-üzə gəldi. Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə 0:5 hesabı ilə məğlub olub və turnirdə mübarizəsini dayandırıb.
Olimpiadadan sonra Məhəmməd Abdullayev Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında çıxış etdi. Turnirin 1/16 final mərhələsində Litva nümayəndəsi Jonas Jazeviciusa (5:0), 1/8 final mərhələsində Serbiya təmsilçisi Vladan Babiça (5:0), 1/4 final mərhələsində isə Hindistan nümayəndəsi Narender Bervala (5:0) qalib gələn Məhəmməd Abdullayev, yarım-final mərhələsində Ermənistan təmsilçisi Davit Çaloyana məğlub olub (0:5) və Dünya Çempionatının bürünc medalına sahib olub.
2022-ci ildə Avropa Çempionatının Ermənistanda baş tutmasına görə Azərbaycan idmançıları bu turnirdə mübarizə aparmayın. 2 ildən sonra Məhəmməd Abdullayevin birinci beynəlxalq turniri 2023-cü ilin mayında Özbəkistanda baş tutan Dünya Çempionatı olub. Dünya Çempionatının 1/16 final mərhələsində Meksika nümayəndəsi Xaviyev Kruza (5:0), 1/8 final mərhələsində Əlcəzair nümayəndəsi Murad Kadiya (4:1) qalib gələn Məhəmməd Abdullayev turnirin 1/4 final mərhələsində Gürcüstan nümayəndəsi Niholoz Beqadze üzərində qələbə qazandı (5:0) və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Kuba nümayəndəsi Fernando Arzola oldu. Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə məğlub oldu (1:4) və Dünya Çempionatının bürünc medalına sahib olub.
Həmin ilin iyununda isə Məhəmməd Abdullayev Polşada baş tutan III Avropa Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Məhəmməd Abdullayev Türkiyə nümayəndəsi Uğur Aydəmir üzərində qələbə qazandı və 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Niholoz Beqadze oldu. Bu görüşdə də Məhəmməd Abdullayev rəqibinə qalib gəldi (3:1) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə Məhəmməd Abdullayev Yunanıstan nümayəndəsi Stilianos Rulias üzərində qələbə qazandı (5:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Almaniya nümayəndəsi Nelvi Tiafa oldu. Bu görüşdə də Məhəmməd Abdullayev rəqibinə qalib gəldi (4:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Məhəmməd Abdullayev Birləşmiş Krallıq nümayəndəsi Delisius Oriya məğlub oldu (0:5) və III Avropa Oyunlarının gümüş medalına sahib oldu. Bununla da Məhəmməd Abdullayev həm də olimpiya lisenziyasına sahib oldu.
Məhəmməd Abdullayev Paris Olimpiadasının açılış mərasimində cüdoçu Gültac Məmmədəliyeva ilə birgə Azərbaycan bayrağını apardı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12019Avropa Oyunları BelarusPAT2Dünya Çempionatı RusiyaPAT32020Avropa Olimpiya Təsnifat Turniri Fransa3.42021Olimpiya Oyunları YaponiyaPAT5Dünya Çempionatı Serbiya3.62023Dünya Çempionatı Özbəkistan3.7Avropa Oyunları Polşa2.
İstinadlar
Əvvəl olan: Rüstəm Orucov Fəridə Əzizova 202040px Azərbaycan Olimpiya Komandasının bayraqdarı Gültac Məmmədəliyeva ilə birgə 2024Sonra gələn: 2028-ci ildə məlum olacaq
Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2019 Avropa Oyunlarında boksçular Kateqoriya:2023 Avropa Oyunlarında boksçular Kateqoriya:2023 Avropa Oyunlarında medal qazananlar Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Avropa Oyunlarının gümüş medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Boks üzrə Avropa Oyunları medalçıları