Achraf Hakimi Mouh () — Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusu.Əşrəf Hakimi Soccerway

Karyerası

Real Madrid Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb.Əşrəf Hakimi Real Madriddə peşəkar debüt etdi. Libertad Digital Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib.Real Madrid 5–0 Sevilya-Əşrəf Hakimi fərqləndi. BBC 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi.Real Madrid oyunçusunu Borussiya Dortmunda icarəyə verdi. Bundesliqa 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı.

Borussiya Dortmund 11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır. Matça 61-ci dəqiqədə daxil olub. Matç 2–2 hesabı ilə bitib. İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb.

İnter 1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı.Əşrəf Hakimi İnterdə-RƏSMİ İnter İnterdə ilk matçı 15 sentyabr 2020-ci ildə İnter-Luqano matçı olub. Start heyətdə meydana çıxan Hakimi 45-ci dəqiqədə əvəz olunub. Matç İnterin 5–0 qələbəsi ilə başa çatıb.İnterdə ilk dəfə 30 sentyabr 2020-ci ildə keçirilən İnter-Benevento matçının 42-ci dəqiqəsində fərqlənib. Matç İnterin 2–5 hesablı qələbəsi ilə başa çatıb.6 iyul 2021-ci ildə İnterdən ayrıldı.

PSJ 6 iyul 2021-ci ildə PSJ ilə 5 illik müqavilə imzaladı.Əşrəf Hakimi rəsmən PSJ-də Futbolpress Paris Sen Jermenin heyətində ilk matçı 14 iyul 2021-ci ildə keçirilən PSJ-Le Mans matçı olub. Start heyətdə meydana çıxan Hakimi 45-ci dəqiqədə əvəzlənib. Matç PSJ-nin 4–0 hesablı qələbəsi ilə başa çatıb.Paris Sen Jermenin heyətində ilk dəfə 24 iyul 2021-ci ildə keçirilən PSJ-Orléans matçının 62-ci dəqiqəsində fərqlənib. Matç Paris Sen Jermenin 1–0 hesablı qələbəsi ilə başa çatıb.

Uğurları

Klub Real Madrid FİFA Klublararası Dünya Kuboku Qalib (1): 2018 UEFA Çempionlar Liqası Qalib (1): 2017/18 UEFA Superkuboku Qalib (1): 2017/18 İspaniya Superkuboku Qalib (1): 2017/18 Borussiya Dortmund Almaniya Superkuboku Qalib (1): 2019/20 İnter İtaliya A Seriyası Qalib (1): 2020/21 PSJ Liqa 1 Qalib (1): 2021/22 Fransa Superkuboku Qalib (1): 2022/23

Şəxsi Mərakeşdə ilin futbolçusu Qalib (2): 2021, 2022

İstinadlar

Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Mərakeşin kişi futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:2024 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Madriddə doğulmuş futbolçular Kateqoriya:2023 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:2025 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:Real Madrid Kastilya FK futbolçuları Kateqoriya:İspaniya müsəlmanları