Haydemari Veçorek-Tsoyl () – alman pedaqoq və siyasətçi.
Həyatı və peşəsi Haydemari Tsoyl Frankfurtdakı Herder Məktəbini bitirdikdən sonra 1961-1965-ci illərdə Frankfurt-Maynda İohann-Volfqanq-Göte Universitetində ingilis dili və tarixi öyrənib.1965-1974-cü illərdə Fridrix Ebert məktəbində və 1977-1978-ci illərdə Rüsselshaymdakl Georg Büxner məktəbində müəllim işləyib. 1965-1979-cu illərdə SPD siyasətçisi Norbert Viitsorek ilə evli olub. Boşandıqdan sonra Veçorek-Tsoyl soyadını saxlayıb.
O, evangelistdir və xristian inanclarını "həmişə mənim rəhbər prinsipim" kimi təsəvvür edib.
Siyasi karyera Siyasi partiya thumb|Haydemari Veçorek-Tsoyl Juso sədri olaraq, 1976. thumb|Viitsorek-Zoyl 1988 (Erhard Eppler ilə) Veçorek-Tsoyl 1965-ci ildən SPD-nin üzvüdür. 1974-1977-ci illərdə o, Gənc Sosialistlər Təşkilatının Federal Sədri olub və bu vəzifədə çalışan ilk qadın olub. Bu müddət ərzində o, "Qırmızı Heydi" adlanaraq şöhrət qazandı. O, 1984-cü ildən SPD federal idarə heyətinin üzvüdür. 1987-1999-cu illərdə SPD Hessen-Süd rayon təşkilatının sədri olub. 1993-cü ildə SPD-nin yeni federal sədri üçün üzvlərin səsverməsində o, Rudolf Şarpinq və Gerhard Şröderə qarşı namizəd olaraq uğursuz mübarizə aparıb. 1993-2005-ci illərdə SPD-nin federal sədrinin müavini olub.
İstinadlar
Kateqoriya:Almaniya pedaqoqları