Alber Jan Amato (; ) — əslən Türkiyədən olan ABŞ ravvini, biznesmeni, hüquqşünası və ictimai xadimi. O, erməni soyqırımını inkar edənlərdəndir.
Həyatı Alber Jan Amato 20 aprel 1889-cu ildə Osmanlı imperiyasının Milas şəhərində (indiki Türkiyə) səfərad yəhudisi ailəsində anadan olmuşdur. O, Türkiyənin İzmir şəhərində Amerika Beynəlxalq Kollecində oxumuşdur. Amato 1908-ci il "Gənc türklər" inqilabından sonra hərbi xidmətdən yayınmaq üçün 1910-cu ildə ABŞ-yə mühacirət etmişdir.
O, erməni soyqırımını andiçmə bəyanatı ilə inkar etmiş, ABŞ Senatında senator Robert Dol tərəfindən təqdim edilmiş sözügedən soyqırımın tanınması ilə bağlı qətnamənin təsdiqlənməsinə qarşı çıxmışdır.
Amato 1996-cı ildə 106 yaşında vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Türkiyə yəhudiləri Kateqoriya:Türkiyə uzunömürlüləri Kateqoriya:ABŞ uzunömürlüləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Erməni soyqırımının inkarçıları Kateqoriya:Ravvinlər Kateqoriya:Osmanlı imperiyasından ABŞ-yə mühacirət edənlər