İşxan Sağatelyan (; ) — Ermənistan siyasətçisi, Ermənistan parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının sədri.
Həyatı 6 may 1982-ci ildə Ermənistan SSR-də yerləşən Qeqamavan kəndində doğulmuşdur. 2003-cü ildə İrəvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. 2008-ci ildə tarix elmləri namizədi dərəcəsi əldə etmişdir.
Siyasi fəaliyyəti 1999-cu ildən etibarən Erməni İnqilabi Federasiyasının üzvüdür. 2018-ci ildə keçirilmiş seçkilər zamanı Erməni İnqilabi Federasiyasının namizədi olmuşdur. 2020-ci ildə Ermənistanın İkinci Qarabağ müharibəsidəki məğlubiyyətindən sonra Ermənistanda keçirilən etiraz aksiyalarının başçılarından biri olmuşdur. 12 noyabr 2020-ci ildə etiraz aksiyalarındakı iştirakına görə həbs olunmuşdu.
İstinadlar
Xarici keçidlər İşxan Sağatelyan — Ermənistan Alyansı
Kateqoriya:Ermənistan Milli Məclisinin VIII çağırış deputatları