Dünya Azərbaycanlılarının V Qurultayı və ya Zəfər Qurultayı — 2022-ci ilin aprelində Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı.
Aprelin 23-dək davam edən Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edən qurultay iştirakçıları , daha sonra Şuşa şəhərinə yola düşüblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı nitqində vurğulamışdır:
Zəfər Qurultayı Qurultay Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilib. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra, Şuşa şəhərinə yola düşüblər.
Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzuları müzakirə olunub. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan Azərbaycan diasporunun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü idi. Bu mötəbər tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.
Aprelin 22-də Şuşa şəhərində işə başlayan qurultay konsert proqramı ilə davam edib. Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Mərasimdə folklor və rəqs qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri, xanəndələr çıxış ediblər. Konsertdən sonra "Xarıbülbül" Qonaq Evinin ziyafət salonunda qurultay iştirakçıları üçün rəsmi ziyafət verilib.
Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.
Bağlanış Qurultayın bağlanış mərasimində əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspor nümayəndələrinə "Əməkdar elm xadimi" fəxri adı, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", "Dostluq" ordeni və "Tərəqqi" medalı təqdim edib.
Əziz Sancarın təbriki Dünya şöhrətli alim, Nobel mükafatı laureatı, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Sancar Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı münasibətilə Azərbaycan xalqını təbrik edərək, bildirib:
Dünya Azərbaycanlılarının V Qurultayı xarici KİV-də Xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Şuşa Qurultayının tarixi əhəmiyyəti xüsusilə vurğulanıb. Türkiyənin Anadolu Agentliyi, "TRT AVAZ", "Haber Global", "TRT Haber" və digər telekanalları, "Sabah", "Hürriyyət" və s. qəzetlər, "aksam.com", "sondakika.com", "cumhuriyet.com" və digər media qurumları, İtaliyanın aparıcı kütləvi informasiya vasitələri də Zəfər Qurultayını geniş işıqlandırıblar. "Askanews", "Yahoo Notizie", "Kmetro0", "Agenzia Nova" kimi mətbuat orqanlarında dərc edilən yazılarda Azərbaycan Prezidentinin qurultaydakı geniş nitqindən sitatlar verilib.
Həmçinin Misirin "Cairo24" portalı və "Asiaelyom" agentliyi, Birləşmiş Ərəb Əmirliklərinin "Əl İttihad", Küveytin "Bobian" qəzetlərində, həmçinin Livanın "IMLebanon", "SouBeyrut" və "Əl Nasra" portalları, Gürcüstanın "24news.ge", "aktual.ge" və "interpress.ge" portalları, Moldovanın "Tribuna", "Noi", "TV 8" xəbər portalları, Rumıniyanın "News24hours" xəbər portalı və "Ultima Ora" qəzeti, Yaponiyanın "Ajmedia" portalı, həmçinin "Caspian, Caucasus an Black Sea" (), "turktoday.info", "ccbs.news" portalı dövlət başçısı İlham Əliyevin çıxışından əsas məqamları işıqlandırıblar.
Həmçinin bax Dünya Azərbaycanlılarının Qurultayı Dünya Azərbaycanlılarının I Qurultayı Dünya Azərbaycanlılarının II Qurultayı Dünya Azərbaycanlılarının III Qurultayı Dünya Azərbaycanlılarının IV Qurultayı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şuşa Kateqoriya:Dünya Azərbaycanlılarının Qurultayı Kateqoriya:22 apreldəki hadisələr Kateqoriya:23 apreldəki hadisələr Kateqoriya:2022-ci ildəki hadisələr Kateqoriya:Qurultaylar Kateqoriya:2022-ci ildə Azərbaycan