Uberto Alvarado Arelyano (; ) — Qvatemala şairi, yazıçısi, publisisti, esseisti, dramaturqu, Qvatemalada kommunist hərəkatının lideri.

Həyatı Uberto Alvarado Arelyano 21 may 1927-ci ildə Kesaltenanqo şəhərində anadan olmuşdur. O, 1949-cu ildən Qvatemala Əmək Partiyasının üzvüdür. Xakobo Arbenz Quzman hökuməti 1954-cü ildə devrilənədək "Sakker-ti" (Dan yeri) adlı yaradıcı gənc ziyalı qrupunun təşkilatçısı və rəhbəri idi. 1954–1956-cı illərdə mühacirətdə olmuş, qayıtdıqdan sonra gizli fəaliyyət göstərmişdir. 1949-cu ildə Qvatemala Əmək Partiyası Mərkəzi Komitəsinin üzvü, 1957-ci idlən MK Siyasi Komissiyasının, 1963-cü ildən MK Katibliyinin, 1872-ci ildən MK Baş katibi olmuşdur. 1974-cü ilin dekabrında həbs edilərək öldürülmüşdür.

İstinadlar

Əlavə ədəbiyyat Энциклопедический справочник «Латинская Америка». — М.: Советская Энциклопедия. Главный редактор В. В. Вольский. 1979—1982. Энциклопедический словарь. 2009.

Xarici keçidlər Alvarad Arellano Huberto Alvarad Arellano Huberto

Kateqoriya:Qvatemala şairləri Kateqoriya:Qvatemala yazıçıları Kateqoriya:Qvatemala dramaturqları Kateqoriya:Qvatemala kommunistləri Kateqoriya:Qvatemala inqilabçıları Kateqoriya:Öldürülmüş siyasətçilər