Bakı metrosu — Azərbaycanın paytaxtı Bakı şəhərində yeraltı metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi, Türk ölkələri arasında və Yaxın Şərqdə qurulan ilk metropoliten.

Metropoliten ümumi uzunluğu təxminən 40 km olan 3 xəttdən, 27 işləyən və dörd tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 11-nin vestibülü vardır. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4,000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınmışdır. Tunel tikililərinin ümumi uzunluğu 17.1 kilometrdən artıqdır. Bakı metrosunun nadirliyi bundan ibarətdir ki, onun xətləri təpəlik ərazidə yerləşən şəhərin bir-biri ilə kəsişən relyefi üzrə salınmışdır, burada 60% və 40%-minlik mailliklər və kiçik radiuslu çoxsaylı əyrilər mövcuddur. "Bakı Metropoliteni" Xətlərinin Konseptual İnkişaf sxeminə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud — Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt — Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 50 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.

Bakı Metropoliteni daşınan sərnişinlərin sayına görə dünyada qırx birinci yerdədir.

Tarixi XX əsrin 30-cu illərinin əvvəllərində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin dar-darısqal küçələrini nəqliyyatından təmizləmək mümkün olurdu.

Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olunur və metropolitenin 12.1 km-lik xəttinin inşası başlanır. Baş yolun xətləri dəniz sahilindən 500–700-m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.

1953-cü ildə tikinti işləri müvəqqəti dayandırılır və yalnız 1960-cı ildə bərpa olunur. Bu da Bakı metrosunun istismara verilməsini xeyli gecikdirir.

1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradılır.

1967-ci il noyabrın 6-da Bakı şəhərində metrosunun 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən Stepan Şaumyan stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metronun daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

Birinci sahədən sonra 2.3 km-lik ikinci sahə işə salındı. Sonra isə 6.4 km-lik üçüncü sahə istismara verildi ki, bu da iri "8-ci kilometr" yaşayış sahəsini və sənaye zonasını şəhərin mərkəzinə birləşdirdi. 9,1 km-lik ikinci növbə isə Bakı yaylasının şimal-qərb hissəsindən keçdi və həmin sahə beş stansiyanın inşası ilə birlikdə 1985-ci ildə başa çatdırıldı, buradakı stansiyalardan ikisi böyük dərinlikdə yerləşir.

28 May stansiyasına keçid kimi tikilmiş Cəfər Cabbarlı stansiyası 1993-cü ildə istismara verilmişdir.

2002-ci ildə istismara verilən Həzi Aslanov adına stansiyanın başa çatdırılması üçün Avropa Birliyi 4.1 milyon avro ayırmişdır. 2006-cı ildən etibarən köhnə jeton ödəmə sisteminin əvəzinə yeni RFİD kartlar tətbiq edilməyə başlamışdır. 2007-ci ildə tam olaraq bu kartlara keçilmişdir. 2008-ci il oktyabrın 9-da Nəsimi stansiyası istifadəyə verilmişdir.

2009-cu il dekabrın 30-da Azadlıq prospekti stansiyası istifadəyə verilmişdir. 2011-ci il iyunun 29-da Dərnəgül stansiyası istifadəyə verilmişdir.http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20110629054034393 2011-ci il dekabrın 30-da "Məşədi Əzizbəyov" stansiyası yenidənqurmadan sonra "Koroğlu" adı ilə istifadəyə verilmişdir.

27 fevral 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncamına əsasən, Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin bazasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edilmişdir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti səhmləri dövlətə məxsus olan, eyni zamanda Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisi hesab olunan qurumdur.

2015-ci il dekabrın 28-də Elmlər Akademiyası stansiyasının 2 çıxışı istifadəyə verilmişdir. 2016-cı il aprelin 19-da 3-cü Bənövşəyi xətt və onun tərkibində olan Avtovağzal və Memar Əcəmi stansiyaları istifadəyə verilmişdir. 2019-cu ilin aprelində Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb. Metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 2021-ci il mayın 29-da 8 Noyabr stansiyası istifadəyə verilmişdir. 2022-ci il dekabrın 23-də Xocəsən stansiyası və Xocəsən elektrik deposu istifadəyə verilmişdir. thumb|300x300px|Bakı Metropolitenin inkişafı

Rəhbərlər Lütfəli Nuriyev (1966–1976) Fikrət Kəngərli (1976–1979) İqor Xankişiyev (1979–1987) Vahid Nadirli (1987–1993) Cəfər Yusifov (1993–1998) Tağı Əhmədov (1998–2014) Zaur Hüseynov (2014–2024) Vüsal Aslanov (2024-indi) 20 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Vüsal Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Xətlər və stansiyalar Xətləri 3 Xətlərin uzunluğu 40.7 km Yaşıl xətt 14,5 km Qırmızı xətt 20,1 km Bənövşəyi xətt 6.1 km Layihələndirilən xətləri 2 (Mavi və Sarı) Yolların uzunluğu 88.91 km Tunellərin uzunluğu 91.36 km

1-ci xətt

20,1 km

6,5 km 1967 İçərişəhər — N. Nərimanov 2,4 km 1970 N. Nərimanov — Ulduz 5,3 km 1972 Ulduz — Neftçilər 0,5 km 1979 N. Nərimanov — Bakmil 3,3 km 1989 Netfçilər — Əhmədli 1,4 km 2002 Əhmədli — H. Aslanov

2-ci xətt

14,5 km

2,3 km 1968 28 May — Xətai 2,2 km 1976 28 May — Nizami 6,5 km 1985 Nizami — Memar Əcəmi 1993 Cəfər CabbarlıBu tarixdən, Xətai stansiyasından qatarlar artıq 28 May stansiyasına yox, Cəfər Cabbarlı stansiyasına gedir. 1,7 km 2008 Memar Əcəmi — Nəsimi 1,4 km 2009 Nəsimi — Azadlıq prospekti 1,8 km 2011 Azadlıq prospekti — Dərnəgül

3-cü xətt

6,1 km

2,1 km 2016 Avtovağzal — Memar Əcəmi-2 1,6 km 2021 Memar Əcəmi-2 — 8 Noyabr 2,4 km 2022 Avtovağzal — Xocəsən

Adları dəyişdirilmiş stansiyalar Əvvəlki adı İndiki adı Dəyişdirilmə tarixi "Şaumyan" "Xətai" 13 noyabr 1988 "XI Qızıl Ordu Meydanı" "20 Yanvar" 27 aprel 1992 "28 Aprel" "28 May" 9 aprel 1992 "Avrora" "Qara Qarayev" 27 aprel 1992 "Elektrozavod" "Bakmil" 1 yanvar 1993 "26 Bakı Komissarı" "Sahil" 9 aprel 1992 "Bakı Soveti" "İçərişəhər" 25 aprel 2007 "Məşədi Əzizbəyov" "Koroğlu" 30 dekabr 2011

Gələcək planlar Gələcəkdə Bakı metrosu xətlərinin sayının 5-ə, şəbəkənin uzunluğunun 40 kilometrdən 119 kilometrə, stansiyaların sayının isə 27-dən 77-yə çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir. Bunun üçün, ilk növbədə, yeni xətlər inşa olunmalıdır. Bu isə ictimai nəqliyyat növlərinin yükünün azaldılmasına kömək edəcək. Əsas məqsədlərə metronun vaqon parkının mütəmadi çağdaşlaşdırılması, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə maksimum rahatlıq yaradılması daxildir. Yeni proqram sayəsində metro digər ictimai nəqliyyat vasitələri ilə uzlaşdırılacaq və inteqrasiyası təmin ediləcək (Avtovağzal stansiyasının çıxışlarından biri Bakı Beynaxalq Avtovağzal Kompleksinə aparır). Bu isə əsasən, metropoliten şəbəkəsinin təkmilləşdirilməsi nəticəsində baş verəcək. Yeni xətlərdə sərnişinlərin rahatlığını təmin etmək üçün platformaların uzunluğu artırılacaq və bunun hesabına alınacaq qatarlar ən müasir texnologiyalarla təchiz olunmaqla yanaşı, vaqonlarının sayı 5-dən 7-yə çatdırılacaq. Tikilən obyektlərdən daha biri — Bakı metrosunun texnoloji korpusunun bu ilin noyabrında — metropoliten işçilərinin peşə bayramında istifadəyə verilməsi gözlənilir. 2–4-cü mərtəbələrdə dispetçer məntəqələri yerləşəcək. 3-cü mərtəbədə akt zalı da olacaq. Burada son tamamlama və dizayn işləri görülür. 9-cu mərtəbədə hər biri 100 nəfərə qulluq edəcək iki yeməkxana olacaq və burada tikinti işləri yekunlaşıb və təchizatla bağlı məsələlər həll olunur.

Stansiyaların təmiri və yenidən qurulması Köhnə stansiyaların yenidən qurulması və yeni çıxışların tikilməsi də planın tərkib hissəsidir. 2008-ci ildə yenidən qurulan "İçərişəhər" stansiyasının ardınca "Koroğlu" stansiyası da rekonstruksiya olunaraq, 2011-ci il dekabrın 30-da istifadəyə verildi. 2014-cü ilin əvvəlində "28 May" stansiyasının yenidən qurulması başa çatdı. 2012-ci ilin sentyabrında burada Cəfər Cabbarlı meydanına çıxışın eskalatorları müasir analoqları ilə əvəzləndi. Əvvəlkindən fərqli olaraq burada 4 eskalator quraşdırıldı. 2009-cu ildə 28 May stansiyasının, 2015-ci ildə isə Elmlər Akademiyası stansiyasının ikinci çıxışı inşa olunmuşdu.

Qırmızı xətt Metropolitenin inkişaf planında 1-ci (Qırmızı) xəttdə 6 yeni stansiyanın tikilməsi planlaşdırılır. Xətt "İçərişəhər"dən Badamdara (burada 4 stansiya tikiləcək) və "Həzi Aslanov"dan Hərbi Akademiya istiqamətində uzanacaq.

Ən vacib məsələlərdən biri də bu xətlərin bir-birindən ayrılmasıdır. Bu istiqamətlərdə müstəqil hərəkətin təşkili qarşıdakı illərdə həll olunmalıdır və artıq bu istiqamətdə bir neçə təklif dəyərləndirilmə mərhələsindədir. 2025-ci ildə Bakı metrosunun iki xəttinin ayrılmasına başlanmısdır. Metronun iki müstəqil xətti olacaq — "Həzi Aslanov"–"İçərişəhər"(Qırmızı) və "Dərnəgül"–"Xətai" (Yaşıl). 1-ci xətt "28 May" stansiyasından, 2-ci isə "Cəfər Cabbarlı"dan keçməklə işləyəcək.

Cəmi 19 stansiyadan ibarət olacaq xəttin 13 stansiyası və 1 elektrik deposu istismardadır. Xəttin uzunluğu 28,5 km olacaq.

Yaşıl xətt 2-ci (Yaşıl) xəttdə tikinti davam edir: Dərnəgül stansiyasının yaxınlığında Dərnəgül Elektrik deposu tikilir, Şah İsmayıl Xətai stansiyasından Ağ şəhərdə yerləşəcək Y-14, Y-15 və Y-16 stansiyalarının istiqamətində tunellər qazılmaqdadır, "Həzi Aslanov" stansiyasına keçidi olacaq "Məhəmməd Hadi" stansiyası, Günəşli və Yeni Günəşli yaşayış massivlərində isə daha 2 yeni stansiya tikilməkdədir.

2-ci (Yaşıl) xəttin tam sərbəst işləməsi üçün Dərnəgül stansiyasının yaxınlığında elektrik deposu tikilir və eyni zamanda 28 May stansiyasının ərazisində yeni tunel inşa olunur. Bu işlər başa çatandan sonra 2-ci xəttdə istifadə olunan qatarlar Bakmil deposuna getməyəcəklər. "Dərnəgül"dən gələn qatarlar "Nizami Gəncəvi" stasiyasından sonra "Cəfər Cabbarlı" stansiyasına və oradan "Şah İsmayıl Xətai" stansiyasına gedəcəklər.

Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin 10 stansiyası istismardadır. Xəttin uzunluğu 41,8 km olacaq.

Bənövşəyi xətt